ArxivIslamSONXƏBƏRLƏRXəbər lentiXəbərlər

Kərbəlayi Rasət sərbəst buraxılıb FOTO

Qafqaz.ir  xbər verir ki, bir qədər əvvəl ruhani Kərbəlayi Rasət Əliyev sərbəst buraxılıb. Bu barədə redaksiyamıza ruhaninin oğlu bildirib.

Xatırladaq ki, bu gün, oktyabrın 26-ı səhər saat 11:00 radələrində Neftçala şəhərində yaşayan dəyərli ruhani Kərbəlayi Rasət Əliyev naməlum şəxslər tərəfindən evindən çıxarılaraq aparılıb. Yaxınları onun Şirvan şəhərinə aparıldığını güman edib. Neftçalada yaşayan ruhani təqribən 5 saat sonra sərbəst buraxılıb.

– – – – – – – – – – – – – –

2021-10-26 15:04:23

Azərbaycanda daha bir ruhani Neftçalada evindən aparılıb FOTO

Qafqaz.ir-nun məlumatına görə, oktyabrın 26-ı səhər saat 11:00 radələrində Neftçala şəhərində yaşayan dəyərli ruhani Kərbəlayi Rasət Əliyev evindən aparılıb. Özlərini “dini qurumdan gələnlər” kimi təqdim edən şəxslər Kərbəlay Rasəti açıqlamadıqları ünvana aparıblar.

Faktı Giperssilka-ya təsdiqləyən ruhaninin oğlu Məhəmməd Kərim bildirib:

“Dini qurumdan gəlmişik” adı ilə təqribən bir saat olar ki, atamı aparıblar, ancaq Şirvan şəhərinə aparıldığını bilirik”.

Hazırda ruhani Kərbəlayi Rasət Əliyevin haraya aparıldığı açıqlanmır.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button