ArxivIslamSONXƏBƏRLƏRXəbər lentiXəbərlər

Növbəti təxribat

Azərbaycan Respublikasının Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığındakı səfirliyinə radikal dini ünsürlərin hücumundan sonra xalqın birlik və vəhdəti həqiqətən qürurverici idi. Xüsusi olaraq adının keçməsi həssaslıq yaradan inanclıların vandallıq aktını qınayıb dövlətinin yanında olması bu dönəmdə yaşayan Azərbaycan üçün əhəmiyyətli addım sayılmalıdır. Lakin bütün bunların bəyənilməli, təqdir edilməli olduğu halda dağıdıcılığa hesablanan qüvvələrin bu addıma kölgə salmaq cəhdləri çox keçmədi ki, özünü göstərdi. Bəzi məktəb direktorlarının öz sahəsinə aid olmayan səriştəsiz addımları zamanla sosial mediada özünü göstərib. Lakin bu cür çağırış və bunun ölkənin güc strukturları ilə birlik nümayiş etdirərək icra etmə iddiası böyük təəssüf və geniş nifrətə yol açdı.

Sosial media üzərindən Şəmkir rayonu Xanallar kənd Faiq Ələkbərov adına tam orta məktəbin direktoru Nərxanım İsrafilovanın səs yazısı ilə iddia olunan qadın ərazidəki müəllimlərə çağırış edərək, Aşura günü uşaqların Aşura məclislərinə getməsinin qarşısını ciddiliklə almağı onlardan tələb edir. İranın ölkəmizə müdaxiləsi, baş verəcək hansısa qarşıdurmanı mövzu edən şəxs, sanki direktor deyil, təhlükəsizlik orqanının işçisi olaraq bunun qarşısını almaq üçün səfərbər etdiyi komanda əmri verir.

Şübhəli xəyanət düşüncəsini özündə ehtiva edən bu səs yazısının inanclıların dövlətinə belə ideal birlik nümayiş etdirdiyi bir dönəmdə hansı ağılın məhsulu olması özü təhlil olunacaq geniş bir mövzudur. Lakin qaranlıq qalan məqam bir direktorun DTX əməkdaşının mülki geyimli olaraq ərazidə xidmətindən xəbərdar olması, tətil zamanı dərsdən kənar radikal addımı həqiqətən də inanclıların sədaaqətinə xəyanətlə cavablamaqdan başqa bir şey deyil. Direktora belə bir göstərişi kim verə bilər? Onun belə bir addım atmağa nə qədər hüququ vardır? Axı inanca qarşı qadağanın gerçəkləşməsi, kütlədə narazılığın artırılması kimlərə və niyə görə lazım olsun? DTX ilə əməkdaşlıq etdiyi görüntüsünü yaradan bu qadının ölkənin yetərincə güc strukturları olduğu bir zamanda özünü DTX zabiti kimi apararaq hətta kimlərisə ərazilərə bu iş üçün təyini Aşura ərəfəsi inanclılara və inanca xəyanət deyilmi?

Biz bütün diqqətimizlə hakimiyyət orqanlarından yayılan səs yazısı ilə bağlı aydınlıq gətirməsini gözləyirik. Bu qadının şəxsi təşəbbüsüdürsə və ya hansısa dövlət orqanın tərəfindən göstəriş verilibsə, bu hüquqazidd hərəkətin icraçılarının cəzalanmasını tələb edirik.

Heç kəsin dini inanca qadağa qoymaq kimi hüququ yoxdur. Xüsusilə təhsili bərbad günü qoyub siyasi oyunlara alət olan belə düşüncə sahiblərinin dindən anlayışı olmadan özünü hüquq mühafizə orqanları əməkdaşı kimi cəhdləri qətiyyən yol verilən deyil. Bu kimi addımlar indiki həssas bir dönəmdə yalnız və yalnız xəyanətdir.

Müsəlman Birliyi Hərəkatının mətbuat xidməti.

07.08.2022.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button