AktualAktualArxivIslammədəniyyatSosialtahlil va magaleXəbər lentiXəbərlər

Ekspert: Azərbaycanın təhlükəsizlik və sabitliyi İranın təhlükəsizlik və sabitliyi deməkdir

Məhəmmədriza Kəffaş Cəmşid deyib: Azərbaycanın təhlükəsizlik və sabitliyi İranın təhlükəsizlik və sabitliyi deməkdir. Ona görə də Qarabağı ölkənin milli maraqları dairəsində bilməmək olmaz.

Qafqaz Həqiqətləri xəbər verir ki, bu gün Ərdəbildə Qarabağ bölgəsində vəziyyətin araşdırılması məqsədilə Beynəlxalq Qarabağ Konfransı keçirilib. Ərdəbil Azad İslam Universitetinin toplantı salonunda baş tutan konfransda çıxış edən Qafqaz məsələləri üzrə ekspert doktor Məhəmmədriza Kəffaş Cəmşid deyib: “Qarabağ münaqişəsi İranın maraqları baxımından da araşdırılmalıdır. Qarabağ bölgəsi Azərbaycan Respublikasının torpağıdır və Ermənistan ərazisinə heç bir aidiyyatı yoxdur. Müharibədən qabaq Qarabağ əhalisinin tərkibi ermənilərin xeyrinə dəyişdirildiyindən ermənilər bu bölgənin müstəqilliyini, yaxud Ermənistana ilhaqını istədilər. Azərbaycan dövləti bu məsələni qəbul etmədi və müharibə başladı. Hətta vasitəçiliklərin də faydası olmadı. 1992-ci ildə Minsk qrupunun münaqişəyə daxil olması ilə 1994-cü ildə atəşkəs elan olundu. Atəşkəs yaranmasına baxmayaraq ardıcıl hərbi qarşıdurmalar baş verirdi və hazırkı şəraitdə də qarşıdurmaların genişliyinə diqqət etməklə tam miqyaslı bir müharibənin şahidiyik.”

 

Ekspert vurğulayıb: “Qarabağ Azərbaycan Respublikasının ayrılmaz hissəsidir və bu inkaredilməz bir mövzudur. Digər tərəfdən Azərbaycan müsəlman ölkəsidir və Qarabağ İslam torpağının bir parçası hesab olunur.”

İran-Azərbaycan ortaq sərhədlərə işarə edən politoloq deyib: “Azərbaycanın təhlükəsizlik və sabitliyi İrann təhlükəsizlik və sabitliyi deməkdir. Ona görə də Qarabağı ölkənin milli maraqları dairəsində görməmək olmaz.”

O əlavə edib ki, İran İslam Respublikası BMT TŞ-nın 4 qətnaməsini dəstəkləyib və Azərbaycanın haqqının icra olunmasını təsdiqləyir. Bizim bu işdə fəaliyyətimiz həmişə aydın olub və müdafiəyə layiqdir, lakin bu fəaliyyətlər işıqlandırılmayıb.

Doktor Kəffaş çıxışının digər hissəsində İranın Qarabağ mövzusunda 30 illik fəaliyyətlərindən danışaraq deyib: “Birinci Qarabağ müharibəsində İran Azərbaycan Respublikasına çoxlu köməklər etdi. Belə ki, hərbi silah-sursatdan əlavə, Azərbaycanın xahişi ilə maliyyə və məişət yardımlarını da əsirgəmədi. Bu ölkəyə hərbi məsləhətçilər göndərərək Azərbaycan döyüşçülərinə hərbi təlim verdi. Qarabağ müharibəsinə görə öz yurdlarından köçkün düşən azərbaycanlıları Araz çayının ətrafında məskunlaşdırdı. Bunların çoxu sənəd formasında həmin vaxtlara aid nəşriyyat və mətbuatda mövcuddur.”

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button