AktualAktualArxivIslammədəniyyatQarabağXəbər lentiXəbərlər

Azərbaycanın media fəalı: İran həmişə Azərbaycan xalqı və hökumətinin yanındadır

Azərbaycan Respublikasının media fəalı Nəsimi Əsgərov deyib: “İran İslam Respublikası həmişə Azərbaycan Respublikası xalqının və hökumətinin yanındadır.”

 

Qafqaz Həqiqətləri xəbər verir ki, bu gün Ərdəbildə Azad İslam Universitetinin toplantı salonunda ikinci Qarabağ müharibəsinin vəziyyətinin araşdırılması istiqamətində keçirilən Beynəlxalq Qarabağ Konfransında çıxış edən Azərbaycan Respublikası media fəalı Nəsimi Əsgərov bu konfransın keçirilməsində İranın layiqli roluna toxunaraq deyib: “Bu məsələ bir daha sübut edir ki, İran həmişə Azərbaycan Respublikası xalqının və hökumətinin yanındadır.”

Nəsimi Əsgərov vurğulayıb: “Şübhəsiz, bu kimi elmi proqramlar dayanmamalıdır, Azərbaycan Respublikasında da keçirilməli və davam etməlidir.”

Qarabağın İslam torpağı və Azərbaycana aid olmasını qeyd edən N. Əsgərov deyib: “İslam İnqilabının Böyük Rəhbərinin də çıxışında bu məsələ yer alıb və o həzrət dəfələrlə bu önəmli mövzuya təkid etmişdir.

Qarabağ Azərbaycan Respublikasının dini və hüquqi haqqıdır. Ali Məqamlı Rəhbərin sözlərinə uyğun olaraq hər bir ölkənin sərhədlərinin qorunması zəruridir.”

Media fəalı Azərbaycanın öz şəhidlərini “Ya Hüseyn” sədaları ilə dəfn etməsinə də toxunaraq deyib: “Bu hərəkət düşmənin ağzına vurulan yumruqdur.”

Azərbaycanın İslamın bir parçası olduğunu vurğulayan fəal deyib: “İran və Azərbaycanın münasibətləri daha çox möhkəmlənməlidir və bizim gözləntimiz budur ki, İran haqq yolunda vuruşan əsgərlərimizə köməkçi olsun.”

  1. Əsgərov İranın zülmə məruz qalmış xalqlara dəstəklərinə də işarə edərək deyib: “Düşmənlər İran və Azərbaycan münasibətlərini korlamağa səy edirlər. Ayıq-sayıqlıq göstərməklə bu məsələ ilə mübarizə aparmaq lazımdır.

Azərbaycan xalqı da oyaq olmalıdır və bəsirələ dost və düşmənini ayırd etməli, batilin haqqın yerini tutmasına icazə verməməlidir.”

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button