ArxivFilm​SONXƏBƏRLƏRSosialXəbər lentiXəbərlər

Gədəbəyin müştəbeh icra başçısı kimdir?

Gədəbəydə baş verən son proseslər rayonun icra başçısı Orxan Mürsəlovu gündəmə çevirib.
Kiçicik bir ərazini idarə edə bilməyən və vəzifədə olduğu müddətdə əhalinin problemlərini digər rayonların icra başçıları kimi eşitmək istəməyən bu gənc oğlan hələ Prezident Administrasiyasında da Sənədlərlə və vətəndaşların müraciətləri ilə əlaqədar fəaliyyət göstəribmiş.
Gədəbəy Rayonunun tələbkar icra başçısı barədə internetdə belə məlumat verilir: Orxan Çingiz oğlu Mürsəlov 1986-cı il iyulun 26-da Rusiyanın Bryansk şəhərində anadan olub.
2004-cü ildə Bakı şəhərindəki 95 saylı orta məktəbi, 2008-ci ildə Prezident yanında Dövlət İdarəçilik Akademiyasının Siyasi idarəetmə fakültəsini politologiya ixtisası üzrə bitirib. 2008-09-cu illərdə DSX-də xidmət keçib.
2010-2012-ci illərdə Dövlət İqtisad Universitetində biznesin idarəedilməsi – marketinq üzrə magistr təhsili alıb.
2010-cu ildən – 24 yaşından Azərbaycan Respublikasının Prezidentinin Administrasiyasının Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş və Ərazi-təşkilat məsələləri şöbələrində müxtəlif vəzifələrdə çalışıb.
2022-ci il 11 avqustdan Gədəbəy RİH-nin başçısıdır.
Gədəbəyə heç bir aidiyyatı olmayan Rusiya doğumlu bu adamın təhsili barədə yazılanları ciddiyə almamaq da olar çünki, tapışırılan adamların sözü gedən universitetlərdə nə gündə təhsil aldıqları Azərbaycan ictimaiyyətində hər kəsə bəllidir. Ancaq maraqlısı budur ki, onun  icra başçısı vəzifəsində buraxdığı nöqsanlar elə ona Prezident Administrasiyasında həvalə olunmuş vəzifə ilə də əlaqəlidir.
Kiçicik rayonun azacıq əhalisi ilə əlaqə yaratmağı bacarmayan, ömründə ictimaiyyət qarşısına çıxmamış və insanlarla üz-üzə danışmamış və həmişə onlardan çəkinərək yerli sakinlərə başqa planetdən gəlmiş insanalr kimi baxmış Orxan Mürsəlov sən demə Prezident Administrasiyasında vətəndaşların müraciətlərinə baxırmış. Həmçinin onun administrasiyadakı digər fəaliyyəti Ərazi-təşkilat məsələləri ilə bağlı olub və təsadüfən də söyüdlü kəndində yaranmış etiraz onun ərazi-təşkilat məsəsindəki səriştəsizliyindən mənşə alıb. Sonra da böhranın həlli üçün ictimaiyyətlə görüşündə bəlli olub ki, heç ömründə məmurdan başqa bir adam görməyibmiş. Onun Söyüdlü kəndində ölüm-dirim mücadiləsi aparan əhali ilə görüşündəki rəftarı Azərbaycan Respublikasında məmurların nə səviyyədə olduqlarını bir daha gündəmə gətirdi. Hər kəs bird aha bu reallığın şahidi oldu ki, Azərbaycanda dövlət məmuru xalqa yuxarıdan aşağı baxır, xalqdan hesb aparmır. O sadəcə onu vəzifəyə təyin edənə yaltaqlanmağı kafi hesab edir. Orxan Mürsəlov problemdən danışmaq, əhalini dinləməkdənsə onları danlayır, onları “polis bizə güc tətbiq etdi” dediklərinə görə xəyanətdə ittiham edir. Hal bu ki, elə polisin qəddarlığı videolarda öz əksini tapır və məhz buna görə də DİN-in özü belə ona etiraf etmək məcburiyyətində qalmışdır.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button