ArxivXəbər lentiXəbərlər

Şiələr təkfirçi qruplarla mübarizənin bayraqdarıdır – Ayətullah Məkarim Şirazi

İslam dünyasının təqlid mərcələrindən olan Ayətullah Məkarim Şirazi İndonezya Parlamentinin sədri ilə İmam Səccad (ə) mədrəsəsində görüş keçirib.
Qafqaz.ir ABNA-ya istinadla Ayətullah Məkarim Şirazinin keçirilən görüşdə dediyi sözləri təqdim edir.


“Sizin Qum şəhərində olmağınız dialoq və fikir mübadiləsi üçün çox yaxşı bir imkandır. Biz İndoneziyanı ən böyük İslam ölkəsi bilirik və ona hörmət edirik. İndoneziyadakı müsəlmanlar orta yolla hərəkət edirlər, amma təkfir məsələsi bütün İslam aləmini və dünyanı təhdid edir.

Çeçenistanda vəhhabiyyət haqqında konfrans keçirildi: Əhli-sünnə alimləri toplaşaraq vəhhabiliyin İslam məzhəbindən olmadığını söylədilər. Bəzi vəhhabilər özlərini təkfirçilərdən ayıra bilərlər, bizim onlarla işimiz yoxdur. Mən, “Vəhhabilik Yol Ayrıcında” adlı bir kitab yazdım və orada təkfirçiləri bir-birindən ayırdım, amma indi təbliğ edilən təkfirçi vəhhabiliktir. İndoneziyadakı qardaşlarımız bu qrupun nüfuzu barədə diqqətli olmalıdırlar. İndoneziya təhlükəsiz bir ölkədir.

Şiəliklə mübarizə aparmaq bu qrupun əsas fəaliyyətlərindəndir. Şiəyə böhtan atıb, adına yalanlar uydururlar. Deyirlər ki, şiə Quranı təhrif etmişdir. Amma məsələ başqa bir şeydir, siz İrandasınız və bunu yaxından görə bilərsiniz.

Şiə təkfirçiliklə mübarizədə ilk sıralardadır. Bir neçə il əvvəl 80 İslam ölkəsindən olan alimlər iki konqres üçün İrana dəvət edildi. Bu da onu göstərir ki, şiə təkfirçiliklə mübarizə bayrağını çiyninə çəkmişdir.

Sizlər İran kimi bir dostu itirməyin, sizə dostyana bir şikayət etmək istəyirəm. O narahatlığımız odur ki, İndoneziya alimlərinin sədrinə bir məktub yazdım cavab vermədi, amma əl-Əzhər ə və Papa ya yazdım cavab ını verdi lər. Əlbəttə, cavab verilməməsinin səbəbini düşmənlərin şeytanlığı bilirəm, amma bu iki müsəlman ölkə bir-birinə nə qədər yaxınlaşsalar problemlər də bir o qədər həll edilər.

Bəzi fransalı jurnalistlər bizi ziyarətə gəldilər. Onlardan İranın vəziyyətini soruşdum. Dedilər ki, bizə söylənənlər ilə gördüklərimiz çox fərqlidir. Bu səbəbə görə, gəliş gedişlər problemləri həll edər və dostluqları artırır. Biz dost ölkə olan İndoneziya ilə hər cür əməkdaşlığa hazırıq”.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button