ArxivXəbər lentiXəbərlər

Bəzi cavanlar valideyinlərinin acığına namaz qılmırlar

Bəzi cavanlar əvvəllər mütəmadi olaraq namazlarını qılsalar da sonar dostlarının təsiri altında səhlənkarlıq göstərirlər

Şəbistan Xəbər Agentliyinin müxbiri höccətül- islam vəl- müslimin Hüseyn Qaimi ilə cavan və namaz mövzsunda söhbət aparıb.

Müxbirimiz cavanların namazdan yayınmasının səbəbini soruşduqda ruhani dedi: Səbəblər müxtəlifdir. Ailə və yaş həddini nəzrədə olaraq müxətlif səbəblər bu məsələdə dəxil ola bilər. Bəzi cavanlar əvvəllər mütəmadi olaraq namazlarını qılsalar da sonar dostlarının təsiri altında səhlənkarlıq göstərirlər. Bu dostlar real həyatda da ola bilərlər, virtual aləmdə də. Bəzən ailədaxili səbəblər və tərslik göstərmək də namazı tərk etməyə gətirib çıxarır.

Baxın, dini qəbul edən və ona bəzən laqeyid qalan, məslən namaz qılmayıb, hicabına riayət etməyən oğlan və ya qız bilir ki, atası və anası belə məsələlərə ciddi yanaşır və onları qəbul və həzm edə bilmir. Buna görə də, o ata- anasına təzyiq göstərmək, onlardan neçə deyərlər imtiyaz almaq, acıq çıxmaq, istədiyi məsələni onlara qəbul etdirmək məqsədi ilə, namaz və ya hicabın üzərində manevr edir, valideyinlərini öz istəklərinə məcbur etməyə can atır. Burada həqiqətdə, valideyilə döyüş gedir, hicab və ya namazla yox. Bəzən də valideyinlər öz yeniyetmə uşaqları ilə düzgün münasibət qura bilmirlər. Yani cavanın aləmini, onda baş verən dəyişiklikləri görə və qəbul edə bilmir və istəmirlər. Onunla bir uşaq kimi rəftar edirər, bu rəftar yeniyetmənin tərs və biganə şəkildə reaksiya verməsinə gətirib çıxarır. Bir halda ki,əgər alimanə və gözəl rəftarla onunla davransa idi, bu cür problemlər ilə üzləşməzdi.

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button