ArxivXəbər lentiXəbərlər

İran Parlamentində azəri fraksiyası yaradılıb

FaktXeber.com-un verdiyi məlumata görə, İran Parlamentinin əslən azəri olan 100 nümayəndəsi fraksiya yaradıblar.

Fraksiyaya İranın sabiq səhiyyə naziri Məsud Pezeşkiyan rəhbərlik edəcək. Qurumun sözçüsü Zəhra Sai bildirib ki, “azərilər yaşayan regionlar” fraksiyasında rəyasət heyətinin 25 üzvü olacaq.

Fraksiya sədrinin müavinləri urmiyalı deputat Nadir Qazipur və Ərdəbildən olan millət vəkili Rza Kərimi olacaq. Qurumun katibləri isə Mərənd və Culfa şəhərlərindən seçilmiş millət vəkili Məhəmməd Həsən Nejad və təbrizli deputat Şəhabuddin Bimeqdar təyin edilib.

Fraksiyanın yaradılmasında əsas məqsəd isə İranın müxtəlif bölgələrində yaşayan azəri dilli əhalinin problemlərinin həlli olacaq.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button