ArxivXəbər lentiXəbərlər

DİN və DTX Bakıda əməliyyat keçirdi

Daxili işlər Nazirliyi və Dövlət Təhlüekəsizlik Xidməti əməkdaşları Bakıda vətəndaşın bank hesabından pul çıxaran şəxsin zərərsizləşdirilməsi ilə bağlı əməliyyat keçirib.

Daxili İşlər Nazirliyindən musavat.com-a verilən məlumata görə, cari ilin may ayının 11-də Bakı şəhər sakini Qızqayıt Abbasova Nəsimi RPİ 22-ci Polis Bölməsinə müraciət edərək “Kapital Bank”dakı hesabından 207 manat pulunun yoxa çıxmasını bildirib.

Dövlət Təhlükəsizliyi Xidməti və Nəsimi Rayon Polis İdarəsi əməkdaşlarının birgə həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə Q.Abbasovanın pulunun Qazax rayon sakini Əli Əliyev tərəfindən internet vasitəsi ilə çıxarılması müəyyən edilib və o, iyunun 12-də Nəsimi rayonu ərazisində tutularaq istintaqa təhvil verilib.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 177-ci (oğurluq) maddəsi ilə cinayət işi başlanılıb.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button