ArxivXəbər lentiXəbərlər

Azərbaycanlı İŞİD-çilər həbs olunub

Onların terror aktı planlaşdırdıqları bildirilir
Türkiyənin Suriya ilə sərhədində, Kilis rayonunda, çoxlu sayda partlayıcı maddə və canlı bomba jileti ilə tutulan 5 İŞİD üzvünün barəsində həbs qətimkan tədbiri seçilib. İslamınSəsi Sputnik-ə istinadla xəbər verir ki, İnanlı kəndi yaxınlığında polis və jandarma qüvvələrinin birgə keçirdiyi əməliyyat nəticəsində, Azərbaycan əsilli, 29 yaşlı Sərxan Əliyev, 37 yaşlı Gülnur Şirməmmədova və 42 yaşlı Nazənin Zeynalova, həmçinin, 44 yaşlı Anaçtaçnır Pozdiva və Bosniya və Herseqovina hökuməti tərəfindən axtarılan 37 yaşlı Begzat Spahiç ələ keçib.

Şübhəlilər məhkəmə qarşısına çıxarılıb və “terror təşkilatı İŞİD üzvü olmaq və partlayıcı maddə saxlamaq” ittihamı ilə həbs olunublar. Təhlükəsizlik qüvvələri İŞİD üzvlərinin terror aktı törətməyi planlaşdırdıqlarını açıqlayıb. Qeyd edək ki, ötən gün Kilisdə qeyri-qanuni yollarla Suriyadan Türkiyəyə gələn, yanlarında 2 uşaq olan 5 əcnəbi nəzarətə alınmışdı. Şübhəlilərin üzərindən və çantalarından partlayıcı maddələr və canlı bomba jileti ələ keçirilmişdi.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button