ArxivXəbər lentiXəbərlər

Dağlıq Qarabağ münaqişəsinin həlli üçün Tehran, Ankara və Bakının üçtərəfli əməkdaşlığı zəruridir

Qarabağ İslami Müqavimət Hərəkatının rəhbəri regionun islam ölkələri, xüsusilə də İran və Türkiyənin işğal olunmuş Qarabağın azad olunması istiqamətindəki əməkdaşlığını çox təsirli adlandırıb. Səhər Beynəlxalq Televiziyasının Bakıdakı müxbirinə müsahibə verən Rövşən Əhmədli həmçinin İran İslam Respublikasının mövqelərini alqışlayıb və deyib: İran işğal olunmuş Qarabağ barəsində həmişə Azərbaycan Respublikasının hamisi olmuşdur.
Qarabağ İslami Müqavimət Hərəkatının rəhbəri ATƏT-in Minsk Qrupunun Dağlıq Qarabağ münaqişəsinin həllindəki funksiyasını tənqid edib.
1988-ci ildə başlanan Dağlıq Qarabağ münaqişəsi İrəvan və Bakı arasında gərginliyin əsas səbəbidir.
1994-cü ildə iki tərəf atəşkəs müqaviləsi imzaladı və həmin zamandan Rusiya, Fransa və Amerikanın həmsədrliyi ilə ATƏT-in Minsk Qrupu Qarabağ münaqişəsinin sülh yolu ilə həllində vasitəçilik edirlər.
Minsk Qrupunu bu sahədəki fəaliyyətinin indiyə qədər nəticəsi olmamışdır.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button