İranın Teleradio Təşkilatının sədri deyib: “Bu təşkilatın sərhədaşırı bölməsi işğalçılara və beynəlxalq terrorizmə qarşı mübarizə və cihadın ön sıralarındadır”.
Müqavimət Cəbhəsinin media şəhidlərinin xatirəsinə həsr olunmuş mərasimin kənarında jurnalistlərə müsahibə verən doktor Peyman Cəbelli deyib: “Sərhədaşırı bölmənin şəhid müxbirləri bütün mübarizə səhnələrində iştirak ediblər”.
Cebelli əlavə edib: “İranın Teleradio Təşkilatının Sərhədaşırı Bölməsi 10-dan çox şəhid verməklə həmişə mücahidlərin və müqavimətçilərin yanında olub”.
İranın Teleradio Təşkilatının sədri qeyd edib ki, İranın Teleradio Təşkilatının şəhidlərinin qanı İraq, Suriya və Əfqanıstanın şəhidlərinin qanı ilə birləşib.
Müqavimət Cəbhəsinin media şəhidlərini anma üzrə “Müqavimət rəvayətçiləri” adlı konfrans bu gün Tehranda İranın Teleradio Təşkilatının konfrans zalında daxildən və xaricdən bir sıra yüksək səviyyəli rəsmilərin, beynəlxalq Media mənsublarının, eləcə də İran, İraq, Yəmən, Suriya, Əfqanıstan, Fələstin və Livanın media şəhidlərinin ailələrinin iştirakı ilə başlayıb.