ArxivIslamXəbər lentiXəbərlər

Bu ayda məsciddə sübh namazı qılan uşaqlara HƏDİYYƏ veriləcək

Çeçenistan Respublikasının Gənclər Nazirliyi Müqəddəs Ramazan ayı şərəfinə “Sübh namazı” aksiyasına start verib.
qafqaz.az Chechnyatoday-a istinadən verdiyi xəbərə görə, bu haqda gənclər naziri İsa İbrahimov bildirib.
Aksiya çərçivəsində Çeçenistanın mərkəzi ibadətgahı olan “Çeçenistanın ürəyi” məscidində bütün Ramazan ayı boyunca sübh namazı qılmış 14 yaşından (bu yaş da daxil olmaqla) kiçik hər bir uşaq qiymətli hədiyyə əldə edəcək.
İsa İbrahimovun sözlərinə əsasən, hər sübh namazından sonra məsciddən çıxan bütün uşaqlar məsul  şəxs tərəfindən qeydə alınacaq.
“Uca Allah oruc tutmaq və camaat namazı qılmaq üçün  bizlərə iman və güc versin. Və səylərimiz üçün bizi Öz lütfü ilə mükafatlandırsın,”- deyə Çeçenistan rəsmisi dua edib.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Check Also
Close
Back to top button