ArxivXəbər lentiXəbərlər

İran XİN başçısından Türkiyəyə dəstək:”ABŞ-ın sanksiyalara olan ehtirası sərhəd tanımır”

İranın xarici işlər naziri Cavad Zərif ABŞ-ın Türkiyənin iki nazirinə qarşı sanksiya tətbiq etməsini tənqid edib.

O, bu barədə “Twitter” hesabında yazıb.

“ABŞ-ın müttəfiq ölkədən – Türkiyədən olan iki nazirə qarşı qanunsuz sanksiyaları təkcə ABŞ administrasiyasının təzyiq göstərmək və məcbur etmək siyasətini yox, həm də onların sanksiyalara olan ehtirasının sərhəd tanımadığını göstərir”, – C.Zərif yazıb.

Qeyd edək ki, dünən ABŞ Maliyyə Nazirliyi Türkiyənin daxili işlər naziri Süleyman Soylu və ədliyyə naziri Əbdülhəmid Gülə qarşı sanksiyalar tətbiq edib. Buna səbəb Ankaranın amerikalı pastor Endryu Bransonun vətəninə qayıtmasına icazə verməməsi olub.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button