AktualAktualArxivNardaranXəbər lentiXəbərlər

Azərbaycan dövləti tarixi hadisələrdən ibrət alsın

Höccətül-islam Fəyyazi deyib: “Azərbaycan dövlət başçılarına bizim xitabımız budur ki, şiələrə zülm edən hakimlərin başına gələn tarixi hadisələrdən ibrət alsınlar”.

Qafqaz Mədəniyyət Mərkəzi – Bu gün Darul-İrşad Ərdəbil xalqı mücahid alim Ayətullah Şeyx Nimrin edam edilməsini məhkum etmək üçün böyük aksiya keçirib. Aksiyada çıxış edərək höccətül-islam Fəyyazi deyib: “Alimlər tarix boyu dinin keşikçisi və sərhədçisi olaraqİslamı canla-başla qorumuş və öz missiyasına əməl etmiş, bu səngərdə mücahidlik göstərmişdir”.

O, Azərbaycan müsəlmanlarının bu aksiyada iştirak etməsinə və dövlətin onları sıxması barədə giley-güzarlarına toxunaraq deyib: “Azərbaycan dövlət başçılarına bizim xitabımız budur ki, şiələrə zülm edən hakimlərin başına gələn tarixi hadisələrdən ibrət alsınlar . Özlərini dünya imperializminə və Ərəbistana borclu və bağlı bilmək əvəzinə, Azərbaycan müsəlmanları və şiələrinə qarşı problem yaratmaqdan əl götürsünlər və müsəlmanların öz dini mərasimlərini keçirməsinə şərait yaratsınlar”.

Höccətül-islam Fəyyazi deyib: “Azərbaycan dövlətinin hakimləri bilsin ki, şiələri zindana salmaqla özlərinə utanc və xəcalətdən başqa bir şey qazanmayacaqlar. Seyyidüş-şühəda (ə) yolunun ürəyi oyaq və doğru qəhrəmanları nəhayət bütün çətinliklərə dözərək zindandan azad olacaq, üzüqaralıq isə Azərbaycanın çirkin hakimlərinə qalacaq”.

Fəyyazi daha sonra vurğulayıb: “Zülm davamlı deyil, üstəlik zülmün nəticəsi fasiq hakimlərin hakimiyyətinin süqutudur. Belə nəzərə gəlir ki, bu günləri Azərbaycan dövlətinin hakimlərinin şiələrə qarşı zorakılıq və təzyiqləri Obama, Buş, Netanyahu və Bin Salmanın zülmündən az deyil”.

Höccətül-islam Fəyyazi Amerikanın son illərdə Ərəbistanı qabağa verməklə mürtəkib olduğu cinayətlərdə Ali-Səuddan özünün yanmış kartı kimi istifadə etməsini açıqlayaraq xatırlatdı: “Amerika öz qeyri-insani hədəflərinə çatmaq üçün Taliban və Əl-Qaidəyə qarşı macaralarda, İŞİD və digər təkfirçi qrupların yaradılmasında xüsusi bir zirənglklə Ərəbistanı oyuna saldı və onu irəli verdi”.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button