ArxivSONXƏBƏRLƏRSosialXəbər lentiXəbərlər

Əmir Abdullahiyan: `İran Yəməndə sülhün bərqərarı üçün səylərini əsirgəməyəcək`

İran Parlamenti sədrinin beynəlxalq məsələlər üzrə xüsusi köməkçisi Əmir Abdullahiyan ölkəsinin Yəməndə sülh əldə etmək üçün əlindən gələni əsirgəməyəcəyini bildirib.

İran mətbuatı xəbər verir ki, bu barədə o Tvitter hesabında yazıb.

“BMT Baş Katibinin Yəmən üzrə Xüsusi Nümayəndəsi Martin Qrifffitslə görüşdə Səudiyyə Ərəbistanının danışıqlar masasında döyüşdəki məğlubiyyətini kompensasiya edə bilməyəcəyi vurğulanıb”, – paylaşımda qeyd edilib

Həmçinin Abdullahiyan paylaşımında Yəmənin humanitar mühasirəsinin qaldırılması, Ər-Riyadın Yəmənlə sülh yaratmaq niyyətini qiymətləndirmək üçün meyar olduğunu vurğulayıb.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button