ArxivXəbər lentiXəbərlər

Azərbaycan Respublikası prezidenti İran pavilyonu ilə yaxından tanış olub

Azərbaycan Respublikasının prezidenti İlham Əliyev cümə günü həyat yoldaşı ilə birlikdə Bakıda keçirilən Beynəlxalq Turizm Sərgisində İran İslam Respublikasının pavilyonu ilə yaxından tanış olub. Qafqaz mədəniyyət mərkəzi İRNA-ya istinadla verdiyi məlumata görə, İranın Azərbaycandakı səfiri Möhsün Pakayinin də iştirak etdiyi bu baxış zamanı Azərbaycan prezidenti İlham Əliyev İranda turizm potensialı və cazibəliklərini alqışlayaraq İran və Azərbaycan Respublikası arasında turizmin genişləndirilməsini vurğulayıb.
Bir həftə müddətində keçirilən bu sərgidə 42 ölkə, o cümlədən İran İslam Respublikasından 150-dən çox şirkət öz ölkələrinin turizm potensiallarını sərgiləyirlər.
Şərqi Azərbaycan, Qərbi Azərbaycan, Ərdəbil vilayətləri və Maku və Araz ticarət zonaları da bu sərgidə fəal iştirak edirlər.
14-cü Beynəlxalq Bakı Səyahət və Turizm sərgisində bəzi xarici xarici şirkətlər tərəfindən müalicə turizmi potensialları sərgilənir.
İran İslam Respublikasının pavilyonunda qeyd olunan vilayətlərin bir neçə tibb elmləri universiteti və özəl xəstəxanaların potensialları sərgilənib.
İran İslam Respublikasının Azərbaycandakı səfiri Möhsün Pakayin bu sərginin açılışında turizmin inkişafını İranın məqsədlərindən biri adlandırıb və deyib: Qonşu ölkələr, o cümlədən Azərbaycan Respublikasından vətəndaşların turist səfərlərinin artması vətəndaşların qarşılıqlı əlaqələrinin genişlənməsi üçün yaxşı şərait yaradır.
Bu sərgi cümə axşamı günü Azərbaycan Respublikasının mədəniyyət və turizm naziri Əbülfəz Qarayev və İran İslam Respublikası heyətinin iştirakı ilə işə başlayıb.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button