AktualAktualArxivIslamXəbər lentiXəbərlər

Azərbaycan şairləri Beynəlxalq İmam Rza (ə) Şer Festivalında iştirak edəcək

Urmiyada keçiriləcək Azərbaycan türkcəsilə Beynəlxalq İmam Rza (ə) Şer Festivalına
Azərbaycan Respublikasından dörd tanınmış şair qatılacaq.
Qafqaz Həqiqətləri – Festival İmam Rza (ə) mədəniyyətinin genişlənməsi, Əhli-beyt (ə)
davranışına aid ədəb və mədəniyyətin tərvici məqsədilə 28 avqust çərşənbə günü keçiriləcək.
İmam Rza (ə) Şer Festivalında İran və digər ölkələrin şairləri İmam Rza (ə), həzrət Fatimə
Məsumə (ə) və həzrət Şahçırağın (ə) pak davranışları və fəzilətləri barədə Azərbaycan türkcəsi
ilə şerlərini oxuyacaqlar.
Azərbaycan Respublikasından da Əhli-beyt (ə) şairləri Arif Buzovnalı, Fənayi təxəllüslü Gülbala
Əhmədov, Nicat Səmədov və Adil Əkbərov festivalda iştirak edəcək.
Qeyd edək ki, ötən festivallarda da Azərbaycan Respublikasından şairlər bu festivala qatılmışdı.
Seyid Ağarəhim Bəxşiyev İmam Rza (ə) Hərəminin xadimi adına layiq görülmüşdü və o, İmam
Rzaya (ə) xadimlik olan öz qədim arzusuna çatdıqdan çox az sonra haqq diyarına qovuşdu.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button