ArxivXəbər lentiXəbərlər

Əli Kərimlinin məhkəməsi başa çatdı

Milli Dirçəliş Günü polis zorakılığına məruz qalan şəxslərin bu gün məhkəməsi başa çatdı.
qafqaz.ir Vetenugrunda.az-ın  istinad zebere  görə, noyabrın 17-də Milli Dirçəliş Günü ilə əlaqədar Şəhidlər Xiyabanını ziyarət edərkən həbs edilən və 48 saata yaxın polisdə saxlanılan AXCP sədri Əli Kərimli və daha 10 nəfər fəalın bu gün Səbail məhkəməsində keçirilən prosesləri gözlənildiyindən daha izdihamlı olub.
Səbail məhkəməsinin binasının bütün ətrafını polislər nəzarətə götürüb və yolları bağlayıblar. Məhkəmə açıq olsa da çox az sayda adam iştirak edə bilib.
Əli Kərimli və daha 8 nəfər cərimə olunaraq sərbəst buraxılıb, digərləri isə müxtəlif qaydada cəzalandırılıb. Belə ki, 3 nəfərə-Ağababa Cəfərov, Ruslan Əmirov və Cavid İbrahimova 20 sutka inzibati həbs cəzası verilib. AXCP sədri 2500 manat, qalanları isə 400-500 manat cərimə olunub.
Əli Kərimli – 2500 manat
Ramid Nagiyev – 400 manat
Fatimə Mövlamlı – 500 manat
Sərdar Cəfərov – 400 manat
Nurlan Libre – 500 manat
Ramiz Cəfərov – 500 manat
Tahir Həsənli – 400 manat
Əlixan Rəcəbov – 500 manat

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button