Aktual

Casusluq: Amerika kəşfiyyatı telefonlarınızı necə dinləyə bilər?

Sabiq kəşfiyyat əməkdaşı Edward Snowden-in açıqladığı məxfi sənədlər Amerikanın elektron izləmə proqramının miqyasına işıq saçıb.

Dünya boyu milyonlarla adam və o cümlədən Amerikaya müttəfiq ölkələrin liderləri bu izləmənin obyekti olub. “Yeni Şərq”-in BBC-yə istinadən verdiyi xəbərə görə ABŞ Milli Kəşfiyyat Ofisinin direktoru James Clapper deyib ki, xarici siyasətçilərin hansı niyyətdə olmasının təhlili kəşfiyyat əməliyyatlarının əsas məqsədini təşkil edir. Kəşfiyyat fəaliyyətinin geniş müzakirələri fonunda ABŞ Senatı Milli Təhlükəsizlik Agentliyinin (MTA) işinin yenidən nəzərdən keçirilməsinə çağırıb. Edward Snowden-in açıqladığı məlumatlardan sonra kəşfiyyatın nə kimi üsullardan istifadə etdiyini təsəvvür etmək mümkün olur.
1. Şirkətlər barədə məlumatlara giriş
Məlum olub ki, ABŞ xüsusi xidmətləri məxfi PRİSM proqramı vasitəsilə Apple, Facebook, Google, Yahoo və Microsoft kimi 9 nəhəng internet şirkətinin serverlərinə giriş əldə edib. Açıqlamalarda MTA-nın və onun Britaniyadakı analoqu Hökumət Kommunikasiyaları Baş Qərargahının (GCHQ) elektron poçt, dərhal ismarış xidməti, serverlərdə saxlanılan informasiya, fayl və sosial şəbəkələr vasitəsilə aparılan yazışmalara giriş əldə etdiyi göstərilirdi. İnternet nəhəngləri serverlərinə “bilavasitə giriş” verdikləri barədə ittihamları rədd ediblər. Bəzi ekspertlər isə PRISM proqramının texniki qabiliyyətlərinin şişirdilməsi barədə danışmağa başlayıb. Rəqəmli kriminalistika üzrə professor Peter Sommer BBC-ə müsahibəsində bu kimi girişin “arxa qapı”dan daha çox “nəfəslik” təşkil etdiyini deyib. Onun sözlərinə görə, xüsusi xidmətlər yalnız konkret şəxslərlə bağlı məlumat toplamağa qadir olub.
2. Lifli-optik kabellərdən məlumatın ələ keçirilməsi
İyun ayında Guardian qəzetinin dərc etdiyi məlumatlardan belə bir nəticəyə gəlmək olar ki, GCHQ lifli-kabellərdən əldə etdiyi məlumatları Amerika ilə bölüşüb. Sənədlərə görə Britaniya kəşfiyyatı 200 lifli-optik kabellərə giriş əldə edərək hər gün 600 milyonadək ismarıcı ələ keçirməyə nail olub. Qəzet yazır ki, telefon və internetlə bağlı məlumatlar saxlandığı 30 gün ərzində ayırd edilib analitiklərin təhlilinə verilir. Oktyabr ayında İtaliyanın L’Espresso qəzeti bildirib ki, Britaniya ilə ABŞ kəşfiyyatçıları Aralıq dənizindəki üç sualtı kabeldən hərbi və kommersiya sirri təşkil edən məlumatları oxuya biliblər.
Terminalları Sicilyada yerləşən SeaMeWe3, SeaMeWe4 və FLAG adlı Avropa-Asiya kabelləri olub.
3. Telefonların dinlənilməsi
Almaniya kansleri Angela Merkelin telefonunun dinlənilməsi barədə Spiegel jurnalındakı məlumat Edward Snowden-in açıqladığı sənədlərə söykənir. Mətbuata əsasən kəşfiyyat 2002-cu ildən bəri aparılan telefon dinlənilməsini yalnız bu yaxınlarda dayandırıb. Angela Merkel məsələ ilə bağlı prezident Obamadan izahat istəyib. Sənədlərə əsasən monitorinq aparan ABŞ kəşfiyyat bölməsi Amerikanın Berlindəki səfirliyində yerləşib və bu kimi əməliyyatlar dünyanın 80 nöqtəsindən həyata keçirilib. Tədqiqatçı jurnalist Duncan Campbell öz bloqunda yazır ki, pəncərəsiz ofis binaları “kəşfiyyat qulaqlarına” çevrilə bilərlər. Elektrik keçirməyən bu kimi binaların divarları radiodalğalar üçün şəffafdır və qarşıdakı binaların izlənilməsinə imkan verir. Spiegel-in dərc etdiyi məlumatlara əsasən Merkelin şifrəyə malik məxfi xidməti telefonu və partiya məsələlərilə bağlı işlətdiyi şifrəsiz mobilinə müdaxilə olunub.
4. Şifrələmə
Mobil telefonlardakı standart şifrələmə sistemləri məlumatların yığılması və şifrələnməsi vaxtı istifadə olunan fərqli proqramlar üzündən müdaxiləyə məruz qala bilər. Müdaxilə söhbətin əvvəlində məlumatın yığılması və şifrələnməsi arasında və yaxud da ki, söhbətin sonunda şifrələrin açılması vaxtı baş verə bilər, ekspertlər bildirir. Bir çoxları müdaxilə təhlükəsinin qarşını almağa qadir olan boydan-boya və yaxud da, tam şifrələmə texnolgiyasını istifadə etməyə başlayıblar. Bununla yanaşı bu kimi sistemlərdə məlumatlar ictimai internetə çıxmadan daxili şəbəkələrlə ötürülür. Belə halda ötürülən məlumatın şifrələri yalnız abonentə çatdıqdan sonra açılır. Guardian qəzeti bildirir ki, MTA 35 dünya liderinin telefon təmaslarının monitorinqini aparıb. Onların nömrələrini agentliyə ABŞ rəsmilərindən biri ötürüb.
5. Məqsədyönlü casusluq
Edward Snowden sənədlərində MTA-nın Avropa İttifaqı bınalarında kəşfiyyat əməliyyatları aparıldığı göstərilir, iyun ayındakı məqaləsində Spiegel yazıb. Sənədlərə əsasən ABŞ Avropa ittifaqının Vaşinqtondakı daxili şəbəkələrini və İttifaqın BMT-dəki ofisinin monitorinqini həyata keçirib. Guardian qəzeti ABŞ hədəfi olan 38 diplomatik missiya və səfirliklərin siyahısını dərc edib. Siyahıda Fransa, İtaliya və Yunanıstanla yanaşı Yaponiya, Cənubi Koreya və Hindistan kimi asiyalı ABŞ müttəfiqlərinin adları əks olunub. Edward Snowden-in açıqladığı məlumatlar Amerika kəşfiyyatının əməliyytlarında telefon mikrofonları, xüsusi antennalar və kabellərlə ötürülən məlumatların ələ keçirilməsi üçün istifadə edilən “ekstraordinar diapazonunu” nümayiş etdirir.

Yeni Şərq

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button