AktualAktualArxivXəbər lentiXəbərlər

Ayətullah Amili: Qafqazda şiə kimliyini möhkəmləndirmək Adil Mövlayinin önəmli xidmətlərindən sayılır

Vəliyyi-Fəqihin nümayəndəsi və Ərdəbilin imam cüməsi Ayətullah Amili deyib: “Tarix boyu Qafqaz məntəqəsində xalq üçün zəhmətlər çəkən çoxlu böyük alim və ruhanilər olmuşdur. Ancaq tarix onların təlaşlarını üzə çıxara bilməmişdir. Bu məntəqədə minlərlə musiqişünas, incəsənət ustaları və sənətkarlar olmuşdur, minlərlə alim və müctəhid din yolunda təlaş etmişdir, lakin bunların heç birinin tarixdə izi qalmamışdır. Şiə və iranlı kimliyini möhkəmləndirmək təqvalı alim, ustad Adil Mövlayinin ömrünün önəmli və dəyərli işlərindən biri sayılır”.
Qafqaz Mədəniyyət Mərkəzi – Ərdəbildə Şeyx Adil Mövlayinin vəfatının birinci ildönümü münasibətilə keçirilən anım mərasimində Ayətullah Seyid Həsən Amili çıxış edərək deyib: “Höccətül-islam vəl-müslimin Adil Mövlayi Ərdəbil əyalətinin tanınmış din böyüklərindən idi. O, uzun illər boyu öz dindar cəmiyyətinə dəyərli xidmətlər təqdim etdi. Ölkənin hər yerində, xüsusilə də Qafqaz məntəqəsində şiə kimliyinin möhkəmlənməsində onun çox önəmli xidməti vardır”.
Ayətullah Amili mərhumun gözəl əxlaqından da söz açaraq deyib: “Bir ruhani, yaxud tələbə Allah Taala tərəfindən camiənin və İslam cəmiyyətinin tərbiyəsi üçün seçilirsə, sözsüz ki, onun risalət istedadı da Allah tərəfindən onun vücudunda qoyulur. Adil Mövlayi gözəl və yaxşı əxlaqı ilə bu önəmli risaləti yerinə yetirmək üçün Allah tərəfindən seçilmiş ən qabiliyyətli şəxslərdən biri idi”.
Xətib daha sonra vurğulayıb: “Hazırkı camiədə cəmiyyətin, xüsusilə də gənclərin dini və mənəvi işlərinə yetişmək, çox önəmli bir məsələ olduğundan bu iş hər kəsin öhdəsinə qoyulmur. Ərdəbil diyarının şeydayi şeyxi mərhum ustad Adil Mövlayi bu iş üçün dünyaya gəlmiş və tərbiyə olunmuşdu”.
“Elm və fəzilət o təqvalı alimin iki bariz xüsusiyyətlərindən olaraqonun qısa dünyəvi, ancaq uzun və bərəkətli axirət ömründə mənəviyyat və elmi fəsahəti ilə görünməkdə idi. Ümidvarıq ki, biz, xüsusilə də tələbə və ruhani camiəsi bir zərrə də olsa onun yolunda addım ata bilək”-deyə xətib qeyd edib.
Ayətullah Amili əlavə edib: “Mərhum Mövlayinin bərk narahat olduğu məsələlərdən biri də məntəqənin bəzi müsəlman ölkələrində, o cümlədən Azərbaycan Respublikasında alimlərin tarixinin və şəxsiyyətinin örtülü qalması idi. Bəzi ölkələrdə hakimlər öz xalqının tarix və mədəniyyətini dəyişdirməyə cəhd edirlər. Azərbaycan Respublikası və Türkiyə bu ölkələr sırasındadır. Bu ölkələrdə qədim kitab, sənəd və dini tarixin üzərini toz örtməkdədir. Mərkəzi hökumət bunların açılması və cəmiyyətə təqdim edilməsi üçün heç bir iş etməmiş, üstəlik, onların örtülü qalmasını dəstəkləmişdir. Ancaq mərhum Mövlayi bu işin qarşısını almağa, hər xalqın kimlik və mədəniyyət nişanəsi olan tarix və mədəniyyətini toplamağa təlaş etdi, bu yolda böyük zəhmətlər çəkdi. Böyük iş görmək istəyən insan uğur qazanmaq üçün keçmiş şəxsiyyətlərin təcrübələrinə diqqət etməlidir. Adil Mövlayi bu işə vaqif idi. Necə olur ki, Azərbaycan və Türkiyə kimi ölkələrdə böyük ruhanilər yaşayır, bu yurdun xalqı üçün böyük işlər görür, ancaq onlardan əsər-əlamət qalmır? Necə olur ki, Azərbaycan Respublikasında minlərlə musiqişünas, incəsənət ustası və s. kimi böyük şəxsiyyətlər olsun, ancaq onlardan əsər-əlamət görünməsin? Həmçinin bu ölkədə minlərlə alim və müctəhid yaşadığı, dini və xalqı üçün böyük işlər gördüyü bir halda tarixləri örtülü qalır? Mərhum Mövlayi son illərdə Qafqaz, Azərbaycan Respublikası, Təbriz və Ərdəbil alimləri və iftixarlı şəxsiyyətləri haqqında araşdırmalar apardı, onların tarixini topladı. Rəşt alimləri haqqında tarix toplamağa məşğul ikən bərəkətli ömrü sona yetdi”.

photo_2016-10-30_09-29-50

photo_2016-10-30_09-30-07 photo_2016-10-30_09-30-10 photo_2016-10-30_09-30-18 photo_2016-10-30_09-30-21

%db%b2%db%b0%db%b1%db%b6%db%b1%db%b0%db%b2%db%b7_%db%b1%db%b0%db%b2%db%b2%db%b1%db%b7 %db%b2%db%b0%db%b1%db%b6%db%b1%db%b0%db%b2%db%b7_%db%b1%db%b0%db%b4%db%b1%db%b4%db%b6 %db%b2%db%b0%db%b1%db%b6%db%b1%db%b0%db%b2%db%b7_%db%b1%db%b1%db%b0%db%b9%db%b2%db%b7

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button