Islam

Reutersdan təəccüblü analiz!

Suriyadakı vətəndaş müharibəsində Əsədə qarşı döyüşərkən ölən türk gənclərinin sayı hər gün daha da artır. Elə buna görə də, xüsusilə Türkiyənin Cənub-şərqində ailələr tikan üstündədirlər. Reuters xəbər agentliyi o ailələrin və gənclərin həyat hekayəsini yazdı…

Suriyada döyüşən radikal dini qruplarda Türkiyədən çoxlu sayda döyüşçü vuruşur. Daxili İşlər Nazirliyinin hesabatına görə, 500 türk Əl-Qaidə əlaqəli Əl-Nusra Cəbhəsi sıralarında vuruşmaq üçün Suriyaya getdi. Bu şəxslərdən bir qisiminin Əfqanıstan və Pakistandakı Əl -Qaidə düşərgələrində təlim aldıqları ifadə edildi. Şanlıurfada onlarla gəncin Suriyaya “şəhid olmaq üçün” gedişinə köməkçi olan Əbu Hüseyn kod adlı şəxs vasitəsiylə telefonda danışan İngilis Xəbər Agentliyi Reuters da Adıyamanlı türk ata Fatih Ulduzun daha əvvəl “The Guardian”a mövzu olan əkiz uşaqlarını Suriya cihadında itirməsi hekayəsini də nümunə göstərdi.
Oğullarını axtaran ata
“The Guardian” qəzeti Əl-Qaidəyə qatılan iki övladını Türkiyəyə geri gətirmək üçün Adıyamandan Suriyaya gedən dərdli ata Fatih Ulduzun əhvalatını izah edərək başladığı xəbərində “Yıldız uşaqlarını nə gördü, nə özləriylə danışdı. O, uşaqları Türkiyənin Cənub-Şərqində Əsəd rejiminə qarşı icra edilən radikal cihadçı kampaniyaya qatılmaq üçün sərhədi keçən çox sayda ana-atadan biridir” deyə yazmışdı.
Komandirin qorxunc cavabı
Əkiz oğulları Əl-Qaidə tərəfindən cihadda iştirak edilməyə razı salınmış Fatih Yıldız uşaqlarının izini sonunda Hələb yaxınlığındakı bir partizan düşərgəsində tapdı. Yıldız Trabzonlu olduğu irəli sürülən yerli əl-Qaidə komandirindən övladlarının özünə qaytarılmasını istəmiş ancaq aldığı cavab “Onlar şəhid olmaq üçün buradadırlar, sən kafir görmürsən ki, onların əlindən cənnətə getmə fürsətini almağa çalışırsan” şəklində olmuşdu. Baba Yıldız 20 yaşlarındakı oğullarını nə görə bilmiş, nə də onlarla danışa bilmişdi.
Suriyada ölən “məhşur türklər”
Bomba düzəldənin qardaşı
Mətin Ekinci: Əl-Qaidənin 2003-cü ildə İstanbulda HSBC Bankına təşkil etdiyi hücumun planlayanlardan biri olan Azad Ekincinin qardaşıdır. Partlayışda istifadə olunmuş yük maşınının sənədləri ona aiddir. Hələb ətrafında Əsəd gücləriylə girdiyi qarşıdurmada öldü.
Ömürlük cəza almışdı
Baki İgid: Yenə 2003-cü ildəki qanlı hücumları təşkil etməsinə görə, ağırlaşdırılmış ömürlük həbs cəzasına məhkum edilmişdi. Ali məhkəmənin yerli məhkəmə qərarını ləğv etməsindən sonra 2010-cu ildə azad oldu və Türkiyədən qaçdı. Həkəbdəki qarşıdurmalarda öldürüldü.
Əl-Qaidənin vəkili
Osman Karahan: İstanbuldakı əkiz hücumlardan sonra başlayan Əl-Qaidə iddialarının tanınmış vəkillərindən Osman Karahan Hələbdə Suriya ordusu ilə girdiyi qarşıdurmada öldürüldü. Əl-Qaidə təşkilatına bağlı bir kitab hazırlığında olan Karahanın ölümü İstanbul Vəkillər Kollegiyasının saytında da qeyd olunmuşdu.
“Uşaqlar ölür” dedi
Fahrettin Konuralp: Ankarada doğulmuş və subay olan Fahrettin Suriyadakı qarışıqlıq başladıqdan sonra ətrafındakılara ölən uşaqlardan bəhs etməyə başladı. Buna qarşı bir iş görülməsinin zəruriliyini izah edirdi. Hataydan Suriya torpaqlarına keçdi. Hələbdə Suriya ordusu tərəfindən öldürüldü.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button