ArxivIslamXəbər lentiXəbərlər

Doğrudanmı İranın Britaniya gəmisini ələ keçirməsindən bizə nə? – VİDEO

Bizdəki “lazım gəlsə” siyasəti ilə İrandakı “bunu cavabsız qoymayacağıq” sözlərini müqayisə edək. Bizdə bu lazım 30 ildir ki, gəlmir…

İran İslam Respublikası qüvvələri ABŞ-ın qanunsuz olaraq İran hava sərhədinə daxil olan pilotsuz təyyarəsini vurub yerə salandan sonra Böyük Britaniya da İranın cəsarət və qorxmazlığını imtahana çəkdi. Belə ki, onun neft daşıyan gəmisini müsadirə edəndən sonra İran böyükləri tərəfindən, xüsusən də Ali Məqamlı Dini Lider Ayətullah Xamenei cənabları tərəfindən bildirilmişdir ki, bu hərəkətə cavab veriləcək. Nəhayət cavab da verildi və iranlı mücahidlər cavab olaraq Böyük Britaniyaya aid olan gəmini ələ keçirdilər.

Bütün dünya İranın bu qorxmazlığına, şücaətinə heyran qalıb alqış dediyi bir vaxtda bizim ölkəmizdə daha çox ünvanlanan suala baxın: Bundan bizə nə? Bu sualı zənnimcə daha çox o adamlar verir ki, birincisi, onlar üçün insan faktorunun heç bir önəmi yoxdur. Onlar üçün kim öldü, kim qaldı məsələsi o qədər mühüm məsələ deyil. İkinci dəstə o adamlardır ki, ancaq öz ölkəsində sabitlik tərəfdarıdır, qonşu ölkələrdə nə hadisə baş verir versin onun üçün zərrə qədər əhəmiyyət kəsb eləmir. Onun bütün həyatı, fəaliyyəti, amalı və himməti budur ki, yesin-içsin, kef çəkib əyyaşlıq, arvadbazlıq eləsin vəssalam. Təki ölkəsində sabitlik olsun və o, öz arvadbazlığını, şəhvət əsiri olmasına davam eləsin. Başqa işlər onun vecinə də deyil. Üçüncü dəstə İranın nailiyyətlərinə və müvəffəqiyyətlərinə paxıllıq edən, gözü götürməyən dəstədir. Çox böyük ehtimalla əgər İranda zərərçəkənlər olsaydı, yaxud Amerika tərəfindən İrana hücum edilsəydi onlar sevinəcəkdilər. Şübhəsiz ki, ölkəmizdə bəzi ünsürlər vardır ki, vaxtaşırı ABŞ prezidentləri İranı müharibə ilə hədələyəndə onlar artıq bu xəbərləri böyük şadlıqla dildən-dilə gəzdirirlər. Sanki İrana bir şey olsa Azərbaycan ağ günə çıxacaq. Dördüncü dəstə İrandakı həmyerlilərimizi, yaxud da həmşəhrilərimizi unudan dəstədir. Onlar başqa vaxt İranda hansısa türkdilli qüvvələr dövlət əleyhinə fəaliyyət göstərəndə və haqlı yerə həbs ediləndə az qalırlar bütün dünyadakı türkləri ayağa qaldırsınlar. Amma ABŞ-dan bir təhdid gələndə səs-səmirləri çıxmır.
Suala gəldikdə isə, doğrudanmı İranın Britaniya gəmisini ələ keçirməsindən bizə nə? Əlbəttə, İran tərəfi heç zaman təcavüz edən tərəf olmayıb. İlahi qanunlarla idarə olunan bu dövlət İslamda təcavüzün olmadığını gözəl bilir. Onu da gözəl bilir ki, İslam dini təcavüzü pislədiyi qədər təcavüzə məruz qalanın cavabsız qalmasını da pisləyir. İran isə təcavüz etmir, sadəcə təcavüzkarları yerində oturdur və gücünü göstərir. Heç nə olmasa da sırf bu məqama görə biz İrandan əslində nümunə götürməliyik. Çünki biz də təcavüzə, işğala, soyqırıma məruz qalan ölkə və xalqıq. Bizdə isə bilərəkdən “lazım gəlsə” siyasəti aparılır. Bizdəki “lazım gəlsə” siyasəti ilə İrandakı “bunu cavabsız qoymayacağıq” sözlərini müqayisə edək. Bizdə bu lazım 30 ildir ki, gəlmir. İranda isə bəyanatdan bir neçə ay sonra tələb və vəd edilən cavab gecikmir. Çünki bizdə heç zaman nə müsəlman xalqın gözünün açılıb öz haqqını həm daxildəki ermənilərdən, həm də xaricdəki düşmənlərdən tələb etməsini istəməyiblər. Amma İranda müsəlman, allahpərəst xalqa çox böyük dəyər verilir. Ali Məqamlı Dini Lider çıxışlarında deyir ki, müsəlman, imanlı, şərəfli xalqımız bu təcavüzə cavab verəcəkdir. Hər il də təntənəli, rəsmi sürətdə İmam Hüseyn (ə) Aşurası, şəhadət məktəbi hətta azyaşlı uşaqlara belə təlqin edilir. Buna görə də müsəlman, imanlı xalq təcavüzün cavabını gecikdirmir.
Amma bizim ölkədə isə mümkün qədər şəhadət, şəhidlik məktəbini, şəhidlərimizi aradan aparmaq istəyirlər. Çünki bizimkilərin bütün işi-gücü hakimiyyətdə qalıb xalqın malını oğurlamaq, ölkədən milyardları çıxarıb xaricdə mülk almaq, ofşor hesablara köçürmək, ailə biznesi qurmaq, xalqa da qəpik-quruş, çörək qırıntısı vermək, uşağını yaltaq, özünü səfil, yaramaz, pulsuz, xəcalətli şəkildə yaşatmaqdır. Bütün bunlardan sonra məlum olur ki, nə üçün bir çoxları İranın Britaniya gəmisini ələ keçirməsinin bizə faydası olmadığını cəmiyyətdə təbliğ etməyə çalışır.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button