AktualAktualArxivIslamSONXƏBƏRLƏRSosialXəbər lentiXəbərlər

Zəncanın imam cüməsi: Azərbaycanı dəstəkləmək Ərdoğanın yeni-osmançılıq fikrini dəstəkləmək mənasına deyil

Zəncanın imam cüməsi hər bir ölkənin ərazi bütövlüyü onun qırmızı xətti olmasını vurğulamaqla yanaşı deyib: “Bizim Azərbayanın öz ərazilərini azad etməyə verdiyimiz dəstək Ərdoğanın yeni-osmançılıq fikrini dəstəkləmək mənasını daşımır.”

Qafqaz Həqiqətləri xəbər verir ki, höccətül-islam vəl-müslimin Şeyx Əli Xatəmi “Fars” Xəbər Agentliyinə verdiyi müsahibəsində Zəncandan İnqilab şəhidləri, Müqəddəs Müdafiə şəhidləri, Qasim Süleymani və elm yolunun şəhidi Möhsin Fəxrizadənin ruhlarını yad etməklə yanaşı deyib: “Ermənistan və Azərbaycan arasında baş verən müharibə 28 il bundan əvvələ qayıdır. O vaxt Ermənistan ağıldan uzaq və dünya cəmiyyətinin qəbul etmədiyi bir addım ataraq Qarabağın böyük hissəsini işğal etdi.

BMT də bu məsələ ilə bağlı 4 qətnamə qəbul etdi. O zaman İran da bir sıra məsləhətli işlər həyata keçirdi.”

İmam cümə Azərbaycan hökumətinin öz torpaqlarını Ermənistanın işğalından azad etmək istiqamətindəki addımına işarə edərək deyib: “Həmin dövrdə Azərbaycan Qarabağı Ermənistanın işğalından azad etmək üçün ciddi və möhkəm addım ata bilmədi.”

Höccətül-islam vəl-müslimin Xatəmi Vəliyyi-fəqihin şimal-qərb bölgələri üzrə təmsilçilərinin Qarabağ müharibəsi ilə bağlı bəyanatına da toxunaraq deyib: “Bu addımı atmağımıza səbəb ilk növbədə Azərbaycan ölkəsinin torpaqlarının işğal edilməsini beynəlxalq səviyyədə pisləmək, ikincisi isə bu ölkənin şiə əhalisini dəstəkləmək olmuşdur.”

İmam cümə İran və Azərbaycan xalqlarının eyni etiqad və mədəniyyət kökünə sahib olduqlarını, Arazın hər iki tərəfinin sakinlərinin bir-birləri ilə qohumluq əlaqələrinin olduğunu diqqətə çatdırıb.

O, beynəlxalq qayda-qanunlara əsasən, hər bir ölkənin sərhədlərinə hörmətlə yanaşmağın vacibliyini vurğulayaraq deyib: “İmperializm, onların da başında Amerika və Qüdsü işğal edən rejim bölgənin əmin-amanlığını istəmirlər. Yaxın Şərqdə yaranmış münaqişələrdən onlar faydalanırlar. Amma bölgədə sakitlik ölkələr arasında həmrəylik və əməkdaşlığa səbəb olar.”

Xatəmi Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarından geri çəkilməsinə də işarə edərək deyib: “Ermənistan geri çəkildi və müharibədən yalnız yanmış şəhərlər, kəndlər qalıb. Təəssüflər olsun ki, beynəlxalq təşkilatlar da bu məsələyə uyğun reaksiya vermədilər.”

Vəliyyi-fəqihin Zəncan əyaləti üzrə təmsilçisi Ali Məqamlı Rəhbərin sözlərini bütün işlərdə son söz adlandıraraq deyib: “Ali Məqamlı Rəhbər buyurdu ki, işğal edilmiş ərazilər azad olunmalıdır və orada yaşayan ermənilərin də təhlükəsizliyinə diqqət yetirilməlidir.”

İmam cümə yadların nə Azərbaycana, nə də İrana ürək yandırmadığını qeyd edərək deyib ki, yadların və tanınmış terrorçuların bölgədə hüzuru narahatlığa səbəb olur və Yaxın Şərqdə ölkələr arasında təfriqə yaradan hərəkətlər Amerika və Qüdsü işğal edən rejimə kömək edir, bir-birləri ilə qonşu olan xalqları isə zəifləndirir.

“Qonşu xalqlar bilməlidir ki, təfriqə və düşmənçilik xalqların həmrəyliyini məhv edir. Yadlar əsassız və kiçik məsələləri önə çəkməklə qonşu xalqların həmrəyliyini qırırlar”-deyə imam cümə vurğulayıb.

O, müsahibəsinin davamında hər bir ölkənin ərazi bütövlüyünü onun qırmızı xətti adlandıraraq deyib: “Bizim Azərbaycan torpaqlarının azad edilməsini dəstəkləməyiz Türkiyə prezidentinin yeni-osmançılıq fikirlərinə dəstək verməyimiz mənasını daşımır.

Qarabağın azad edilməsi və onun yenidən bərpası tarixi zərurətdir, beynəlxalq cəmiyyətlərin də istəyi budur və biz də bu məsələni dəfələrlə təkrar etmişik.”

İmam cümə Heydər Əliyevin iki Azərbaycanın birləşməsi barədəki bu sözlərinə də işarə edib: “İran bədəndir və biz bir əl kimiyik. İndi siz deyin, bədən ələ birləşməlidir, yoxsa əl bədənə?”

Vəliyyi-fəqihin təmsilçisi Ərdoğanı diqqətli olmağa və onun bugünkü həyatını İslama borclu olduğuna işarə edərək deyib: “2016-cı ildə baş verən hadisəni Ərdoğan unutmamalıdır. Çünki o vaxt Ərdoğanın köməyinə yetən tək ölkə İran oldu.”

Düşmənin əlinə bəhanə verməməyin vacibliyini vuğulayan imam cümə deyib: “Ürəyiyanan şairin sözü ilə desək: Bütün dünya bədəndir, İran onun qəlbi.”

Höccətül-islam vəl-müslimin Xatəmi müsahibəsinin sonunda deyib: “İran bölgədə zəif və pənahsız xalqların ümididir. Allaha ümidlə İranın adı və ruhu əbədi olaraq qalacaq.”

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button