ArxivXəbər lentiXəbərlər

İşğal olunmuş Xankəndidə etirazlar başlayıb – FOTO + VİDEO

İşğal olunmuş Xankəndinin mərkəzində sakinlər fəaliyyətdə olan güc strukturlarına qarşı etiraz aksiyalarına başlayıb.
 Sputnik Ermənistan-a istinadla verdiyi xəbərə görə, bu barədə fəallardan biri Tiqran Qriqoryan “Facebook” səhifəsində yazıb.
Etirazçılar şəhərin küçələrindən birini bağlayıblar. Onlar bütün güc strukturlarının istefasını tələb edirlər. Etirazlar dünəndən başlayıb. Belə ki, qondarma rejimin “Milli Təhlükəsizlik Xidmətinin” (MTX) üzvləri iki vətəndaşı döyüb.
Qriqoryan qeyd edir ki, bu cür özbaşnalıqlar dəfələrlə təkrarlanıb.
Yaxın günlərdə də şəhərdə “MTX” əməkdaşları ilə sakinlər arasıda dava olub, nəticədə 15 vətəndaş saxlanılıb.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button