ArxivXəbər lentiXəbərlər

Bu gün İmam Cavadın (ə) şəhadətinin ildönümü günüdür

şiələrin 9-cu imamı Həzrət İmam Məhəmməd Təqinin (ə) şəhadətinin ildönümü günündə matəmə qərq olub.

Bu gün 30 zilqədə 1437-ci hicri qəməri ili, 2 sentyabr 2016-cı il Həzrət Məhəmməd Təqinin (ə) şəhadətinin ildönümü gününə təsadüf edir.

İmam Məhəmməd Təqi (ə) 195-ci hicri qəməri ilində dünyaya göz açıb və dünya şiələrinin 8-ci imamı, əziz atası Həzrət İmam Rzanın (ə) şəhadətindən sonra müsəlmanlara rəhbərliyi üzərinə götürüb.

İmam Cavadın (ə) həyatı və imamlıq dövrü islam sivilizasiyasının çiçəklənmə və islam dünyasında inanc və fəlsəfə düşüncələrinin genişlənməsi dövrü idi.

Müxtəlif məzhəblərin alimləri ilə elmi müzakirələr, insanların təlimi və tərbiyəsi, xüsusilə alimlərin maarifləndirilməsi, həmçinin o dövrün hakimlərinin insanlara qarşı siyasətlərinin ifşa olunması, Həzrət İmam Məhəmməd Təqinin (ə) mədəni və siyasi metodu idi.

İslami İran vətəndaşları Həzrət Məhəmməd Təqinin (ə) şəhadəti günündə məscidlər və təkyələrdə, o cümlədən Məşhəddə Həzrət İmam Rzanın (ə) pak ziyarətgahı və Qumda Həzrət Məsumənin (s.ə) pak hərəmində əzadarlıq edirlər.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button