ArxivXəbər lentiXəbərlər

İlahiyyatçı: “Ramazan ayında oruc tutan fəqirə bir kimsəyə verilən iftarın savabı iki qatdır”

Ramazan Qəməri aylardan doqquzuncusunun adıdır. Bu ay müsəlmanların oruc tutmaqla mükəlləf olduqları, dinimizcə uca və müqəddəs qəbul edilən bir aydır. Ramazan, ərəbcə bir sözdür. Bu mübarək aya Ramazan adının verilməsindəki hikmət belə ifadə olunmuşdur:

1- Yaz sonunda, payız mövsümünün əvvəlində yağıb yer üzünü tozdan təmizləyən yağış mənasına “ramda” sözündən alınmışdır.

Bu yağışın yer üzünü təmizlədiyi kimi, Ramazan ayı da möminləri günah çirklərindən təmizləyər. Necə ki bir hədis-i şərifdə Peyğəmbər Əfəndimiz (s.ə.s); Kim inanaraq və alacağı savabı Allahdan gözləyərək Ramazan orucunu tutarsa, keçmiş günahları bağışlanar” (Buxari, Savm, VI) buyurmuşdur.

2- Günəşin şiddətli hərarətindən daşların yanıb qızması mənasına olan “ramad” sözündən alınmışdır. Belə qızğın yerdə gedənin ayaqları yanar, zəhmət və məşəqqət çəkər. Bunun kimi oruc tutan kimsə də aclıq və susuzluğun hərarətinə dözər, məşəqqət çəkər, içi yanar. İsti torpaq orada gedənlərin ayaqlarını yandırdığı kimi, Ramazan da möminlərin günahlarını yandırar. Bu ayın fəzilətlərini saymaqla bitməz.  Elə ona görə də sadaladıqlarımızın ardını istərdik Corat cümə məscidinin axundu ilhiyyatçı hacı Sahib Məmmədov  gətirsin.

Red: Salam hacı. Ramazan ayı hansı fəzilətlərə malikdir? Oruc tutmayan müsəlmanlara bu ay haqqqında nə deyə bilərik ki, Ramazanın ayını tamamilə dərk edib, əməl etsinlər?
“Peyğəmbərə  ( s.a.s ) Allah buyurub ki, keşkə aclığın ləzzətini dada biləydin. Yəni ləzzət təkcə yeməkdə, içməkdə deyil. Ac  qalmağın, susuz qalmağın da özünün mənəvi ləzzəti var. Ona görə də, bu ayda insanlara orucun mahiyyətini başa salmaq, yaxın qohum əqrabaya, ailə üzvlərinə təbliğ etmək lazımdır. Orucun fəzilətləri barəsində danışmaq vasitəsilə insan orucun mahiyyətini və fəzilətini öz yaxınlarına çatdıra bilər.  Təbliğ edən insan çalışsın əvvəla özü oruc tutsun. Oruc tutanlara  da orucun fəzilətlərindən, onun sağlamlığından danışsın. Hədislərin birində buyurulur ki, oruc tuturuq ki, sağlam olaq. Oruc insanı həm cismani, həm də ruhani sağlamlığa çatdırır. Ona görə də mübarək Ramazan ayında Allah insana oruc tutmağı vacib buyurub.  Oruc- insanlara təqvaya çatmağın dəyərini aşılayır. İnsan oruc tutmaqla ac insanların halını başa düşür, qiyamətdə aclıq, susuzluq halını, vəziyyətini başa düşür. Bunları insanlara çatdırmaqla, insanlara iftar süfrəsi verməklə, insanları iftara dəvət etməklə baxmayaraq ki, oruc tutmayıb onu da iftar süfrəsinə çağırıb , ona da iftar verməklə orucun gözəlliyini həmin insana aşılasın və təqdim eləsin. İnşəallah ki, Allah da həmin insanda təsir qoyar.
Red: Bəzən qarşılaşdığımız daha bir mənzərə var ki, O da ehtiyaclı fəqir olmasına baxmayaraq adi suyla belə orucunu tutan insanlar var. Bu cür insanlara edilən ehsanlar həmin insanlara hansı təəssüratı bağışlaya bilər?
“Mübarək Ramazan ayında iftar vermək tövsiyyə olunur.  Hətta Peyğəmbər (s.a.s) buyurur ki, iftar verməyin bir qul azad etmək qədər savabı var. Ona görə də insan oruc tutmaqla yanaşı, çalışa həm də oruc tutanlara bacardığı qədər iftar verə. İftar vermək onlar üçün yemək- içmək məclisi təşkil etmək anlamına gəlməsin. Yəni insan fəqir olsa belə bir içim su və ya bir xurma, yaxud da bir çörək birinə alıb versə ki, axşama bununla iftarı aç onun da savabı iftar verən insanın savabı qədərdir. Həmin çörək, xurma və ya su alıb verən insan da iftar vermiş kimi sayılır. Amma burda ehtiyaclı olmasına baxmayaraq yəni fəqirdir oruc tutub, ona iftar vermək iki qat savabdır. Çünki, fəqirə ehsan etməyin də savabı gəlir üstünə və eyni zamanda iftar vermək. Yəni biri var iftar verəsən , biri də var bir fəqirə, yoxsula əl tutasan bu iftar fəqirə, yoxsula əl tutmaq sayılır deyə iki qat savabı var”.
Red:Bu ayın digər aylardan fərqinə baxanda insan həqiqətən də Ramazanın necə bir nemət olduğunun şahidi olur. Eyni zamanda çoxumuz bilir ki. Bu ayda Qurani kərim nazil olub. Siz bu barədə nə deyə bilərsiniz? İnanclı  insanlara nələri tövsiyyə edərdiniz?
“Qurani Kərimdən bir ayə oxumaq bir Quran xətminə bərabərdir.  Sileyi rəhm etmək, yaxın qohum əqrabaya baş çəkməyin fəziləti çox böyükdür. Sədəqə verməyin fəziləti çoxdur. Ümumiyyətlə Ramazan ayında əməllərin savabı iki qat artır. İftar verməyin özünəməxsus savabı var. Bu əməllərə insan xüsusi diqqət yetirməlidir. İnsanın nəfəsi də təsbeh deyir. Yatması da ibadət sayılır. Baxmayaraq ki, digər aylarda nəfəs təsbeh, yuxu isə ibadət sayılmır. Bu aya Allah (c.c) xüsusi fəzilət verib. Insanların əməllərini artırır. Bu ayda bir gecə var ki, onun fəziləti min aydan üstündür. Qədr gecəsi- hər kim bu gecəni yaşasa sanki min aydan üstün ibadətə, savaba çatıb. Sanki həmin insan min ay ibadət edib və savab əldə edib. Ramazan ayının fəziləti edilən əməllərin savabını birə on, birə yüz artırır. Insan daha artıq savab əldə etmiş olur”.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button