ArxivXəbər lentiXəbərlər

Tehranda “İslam Həmrəyliyi İran-Azərbaycan dostluğu timsalında” adlı birgə konfrans keçiriləcək

Avqustun 6-da Tehranda “İslam Həmrəyliyi İran-Azərbaycan dostluğu timsalında” adlı birgə konfrans keçiriləcək. Konfransda Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı, Milli Məclisin komitə sədri Eldar İbrahimov, deputat Hikmət Məmmədov, Azərbaycanın Rusiya və İrandakı səfirləri Polad Bülbüloğlu və Bünyad Hüseynov iştirak edəcəklər.

İran tərəfini isə İslam Məzhəblərinin Yaxınlaşdırılması Beynəlxalq Assosasiyasının baş katibi Ayətullah Əraki, assosiasiyanın nəzarət şurasının üzvü, islamşünas alim Axund Rəhbər, Ayətullah Məhəmməd Təsxiri və başqaları təmsil edəcəklər.

Konfransda İslam həmrəyliyinin əhəmiyyəti, Azərbaycan-İran münasibətlərinin inkişafında İslam dəyərlərinin rolu və digər məsələlər müzakirə olunacaq.

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button