Aktual

Biləsuvarda Mübariz İbrahimova qarşı böyük hörmətsizlik

Biləsuvar rayon İcra Hakimiyyətinin başçısı Mahir Quliyevin tapşırığı əsasında Azərbaycanın Milli Qəhrəmanı, son illərin adı dillər əzbəri olmuş qəhrəmanlarından biri Mübariz İbrahimovla bağlı keçirilməsi nəzərdə tutulan tədbirlərə qadağa qoyulub. Bu barədə rayon sakinləri məlumat veriblər.
Həmin məlumatda deyilir ki, iyunun 19-u Mübariz İbrahimovun şəhid olmasının ildönümüdür və bu məqsədlə rayonun ziyalıları və sıravi sakinləri onunla bağlı anım tədbiri keçirmək istəyirmişlər. Bununla bağlı təşəbbəs qaldırmış şəxslər İcra Hakimiyyətinə müraciət edərək, müvafiq yerin ayrılmasını xahiş ediblər. Lakin Biləsuvar İcra Hakimiyyətindən bildiriblər ki, Mübariz İbrahimovla bağlı hər hansı bir tədbirin keçirilməsinə bilavasitə icra başçısı Mahir Quliyev tərəfindən qadağa qoyulub. Və onlar bunun səbəbini izah etməyiblər.
JAM.AZ bildirir ki, Mahir Quliyevin bu hərəkəti ilk deyil. Hələ bir müddət əvvəl mətbuatda belə bir xəbər yayılmışdı ki, Biləsuvarın icra başçısı əksər məclislərdə şəhid Mübariz İbrahimovun atası haqqında hədyan danışaraq, onu «İranın agenti» kimi təqdim edirmiş. Hətta bununla əlaqədar rayonda keçirilən məclislərdən birində narazılıq da yaranıb.
Məlumatlardan belə başa düşmək olar ki, icra başçısı özündən başqa heç kimin rayonda adının çəkilməsini istəmir. Elə Mübariz İbrahimovla bağlı tədbirlərin qadağan edilməsi də həmin şöhrətpərəstlikdən irəli gəlir.
Məsələ ilə bağlı qarşı tərəfin də mövqeyini öyrənməyə hazırıq.(jamaz)

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button