ArxivXəbər lentiXəbərlər

“Məmurların fikirləri xalqın maraqları ilə uzlaşmır” – Milli Şura sədri Cəmil Həsənli

Ölkədə sosial durumun kifayət qədər çətin olduğu getdikcə daha bariz şəkildə özünü təzahür etdirir. Əhalinin durumu nəzərə alınıb müəyyən sosial yardımların edilməsi artıq zəruri olub. Amma bu işə məsul olan bəzi məmurlar nəinki bu haqda düşünür, əksinə bu cür addımların atılmasının artıq olduğunu düşünürlər. Ekspertlərin fikrincə bu cür fikir söyləyən rəsmi şəxslər mütləq fikirləri üçün açıqlamlar verməlidirlər.

Milli Şuranın sədri Cəmil Həsənli Deyerler.org-la fikirlərini bölüşərkən deyib ki, ölkədə müstəqil parlament olmadığı üçün deputatlardan xalqın xeyrinə heçnə gözləməyə dəyməz: “Düşünürəm ki, ölkədə məmurlar sosial güzşətlər və bu məzmunda olan mövzularla bağlı etdiyi çıxışları yuxarının tapşırıqları ilə danışırlar. Hökumətin hansısa bir niyyəti olduqda, məsələn, qiymət artımı etmək istədikdə, təqaüdün yaş həddini qaldırmaq istədikdə, bir qayda olaraq deputatlar vasitəsi ilə mövzuları gündəmə gətirirlər. Ölkədə müstəqil parlament olmadığı üçün deputatlardan xalqın xeyrinə heçnə gözləməyə dəyməz. Onu da anlamaq lazımdır ki, onlar yuxarıdan gələn tapşırıqları icra etməyə məhkumdular. Hesab edirlər ki, tapşırıqlar bilavasitə yuxarıdan gəlirsə, deməli onlar xalqın qəzəbindən sığortalanıblar. Deputatlar özlərini xalqın qarşısında deyil, hakimiyyətin qarşısında məsul hesab edirlər”.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button