ArxivXəbər lentiXəbərlər

Milli Şuranın Bakıda mitinqi keçirilib

Azərbaycan hökuməti ilə müxalif olan Milli Şuranın bu gün günortadan sonra Bakıda mitinqi keçirilib.

İRİB-nin verdiyi məlumata görə, Məhsul stadionunda keçirilən bu mitinqə Milli Şurada yer alan partiyalar o cümlədən Xalq Cəbhəsinin tərəfdarları, dindarlar, Real hərəkatının üzvləri və digər müxalif partiyaların nümayəndələri iştirak ediblər. Mitinq iştirakçıları Azadlıq, İstefa, Biz zülm etmirik və zülmə də boyun əymərik şüarları veriblər. Mitinqdə çıxış edənlər isə iqtidarı korrupsiyada ittiham edərək, siyasi məhbusların azad edilməsini istəyiblər.

Mitinq iştirakçıları əllərində Azərbayan və Avropa Şurasının bayrağı, siyasi məhbusların o cümlədən İslam Partiyasının həbsdə olan sədri Mövsüm Səmədov, Müsəlman Birliyi hərəkatının sədri Tale Bağırov, Real hərəkatının rəhbəri İlqar Məmmədov və Xalq Cəbhəsinin fəalları Gözəl Bayramlı və Fuad Qəhrəmanlının fotoşəkilləri olub.

Xalq Cəbhəsinin sədri Əli Kərimli və Milli Şuranın digər üzvləri mitinqdə çıxış edərək, siyasi məhbuslara azadlıq tələb ediblər.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button