ArxivIslamQarabağSosialXəbər lentiXəbərlər

Ekspert inflyasiya səviyyəsinin rəsmi proqnozdan çox olacağını deyir

  • “İnflyasiya səviyyəsinin rəsmi elan olunan rəqəmdən yüksək olacacağını düşünürəm, ən azı 7 faiz olmlalıdır” – iqtisadçı ekspert Toğrul Maşallı Mərkəzi Bankın inflyasiya proqnozunu “Toplum TV”-yə şərh edərkən belə deyib.

Ekspertin sözlərinə görə, 2020-ci ildə Azərbaycan iqtisadiyyatında kifayət qədər problemlər olub. O bunun həm karantin rejimi, həm də müharibəylə əlaqədar olduğunu bildirib:
“Əsasən karantin rejiminə görədir, çünki bu vəziyyət az qala il boyu davam edib. Nəticə etibarilə sahibkarlara xeyli ziyan dəyib. Onlar bunu kompensasiya etməlidirlər və bu kompensasiya əsasən qiymət artımı vasitəsilə baş verir”.
Toğrul Maşallı qeyd edib ki, son dövrlərdə müşahidə olunan qiymət artımı, müharibə və digər sosial məsələlərlə əlaqədar xərclərin artması da inflyasiyanın artmasına səbəb olur.

Azərbaycan Mərkəzi Bankının sədri Elman Rüstəmov oktyabrın 30-da onlayn keçirdiyi mətbuat konfransında deyib ki, bu il inflyasiyanın 2,8-3 faiz, gələn ilsə 3,6-4 faiz olacağı gözlənir.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button