ArxivXəbər lentiXəbərlər

Azərbaycan Respubliası prezidenti Ermənistanı kimyəvi silahlardan istifadədə ittiham edib

Azərbaycan Respublikası prezidenti İstanbulda keçirilən BMT-nin humanitar yardımlar üzrə ilk beynəlxalq iclasında etdiyi çıxışında Ermənistanı Qarabağ müharibəsində kimyəvi silahlardan istifadə etməkdə ittihamalandırıb.

Trend İnformasiya Agentliyinin verdiyi məlumata görə, İlham Əliyev deyib: Son vaxtlar təmas xəttində Ermənistanın atəşkəsi pozması zamanı Ermənistan kimyəvi və qadağan edilmiş silah hesab olunan fosforlu bompalardan istifadə edib.

İlham Əliyev deyib: Ermənistan ordusu aprelin ikisində ağ fosforlu bompadan istifadə edib və təmas xəttinə yaxın yaşayış məntəqələrində həmin bombalardan istifadənin nişanələrini müşahidə etmək olar.

Ağ fosfor WP hərfləri ilə göstərilir(White phosphorus) alışan və tüstülənən maddə olaraq yandırıcı və tüstü ilə gizlədici əməliyyatlarda istifadə olunan bombaların tərkibinə daxil edilir.

Ağ fosforlu mərmilər yandırıcı olur və bu bombalar çoxlu sayda tələfata və yaralıya səbəb olur.

Bu kimyəvi maddə hədəfə dəyən kimi yanan parçalara çevrilir. O insan bədəninə dəyərsə sümüyə qədər yandırır və özü də sönmür.

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button