AktualAktualArxivmədəniyyatQarabağSosialXəbər lentiXəbərlər

Doktor İbrahimi: Sionist rejimi İranın mövqeini zəiflətməyə çalışır

Doktor Mürtəza İbrahimi: “Əleyhdarlar və düşmənlər İranı Ermənistanla əməkdaşlıq etməkdə günahlandırırlar. Sionist rejimi bu planı cızmaqla İranın mövqeini zəiflətməyə çalışır.”

Qafqaz Həqiqətləri xəbər verir ki, “Qarabağ münaqişəsindəki son hadisələrin araşdırılması” elmi konfransında çıxış edən Mühəqqiq Ərdəbili Universitetinin elmi işçisi doktor Mürtəza İbrahimi Qarabağ bölgəsində döyüşlərin başlamasının səbəb və zəminələri barədə fikirlərini çatdırıb.

Doktor İbrahimi deyib: “Hər iki tərəf özünü Qarabağ bölgəsinin sahibi bilir və bu münaqişəni yaradan zəminədir.

Qarabağ münaqişəsi Azərbaycan və Ermənistanın siyasi gücünü sınayan bir amildir. İraq və Suriya müharibələri kimi hadisələr bizim regionumuzu təsir altına salsa da, onun Qarabağ münaqişəsinə təsiri inkaredilməzdir.”

Universitetin elmi işçisi vurğulayıb ki, İranın əleyhdarları və düşmənləri onu Ermənistanla əməkdaşlıqda günahlandırırlar. Sionist rejimi bu planı cızmaqla İranın mövqeini zəiflətməyə çalışır, İranı Azərbaycanla bağlı mövqedə bədnam etməyə səy edir. Bu məsələ açıq-aşkar görünməkdədir.

O, bölgədə müharibə odunun fəal saxlanmasına da toxunaraq deyib ki, bu məsələnin pərdəsi arxasında dayanan bir sıra oyunçular, ondan öz iqtisadi maraqları üçün istifadə edirlər.

Doktor İbrahimi daha sonra deyib: “Belə bir şəraitdə sərt ədəbiyyat ortalığa qoyulması və haqla batil mübarizəsi adlanması müharibə münasibətində və ölkələrin rolunda çox təsirlidir.”

Mühəqqiq Ərdəbili Universitetinin professoru vurğulayıb: “İran və Azərbaycan Respublikası söz-söhbətlərinin nümayiş növünün özü araşdırılması lazım olan məsələlərdəndir. İŞİD adlı psixoloji narahatlığın yaranması, hətta mövcud olmasa belə, araşdırılmalıdır və onun təsirlərinə göz yummaq olmaz.”

Türkiyə və sionist rejiminin roluna işarə edən İbrahimi deyib: “Sionist rejimi belə göstərməyə çalışır ki, “İsrailin” əksinə olaraq İran Azərbaycan Respublikasına diqqət ayırmır.”

İrqçilik və pantükrçülük fonomeninə də toxunan elmi heyətin üzvü bildirib ki, ictimai fikir bu vasitə ilə təhrik olur və ölkə cavab vermək məcburiyyətində qalır.

O, həmçinin deyib ki, İranı bu məsələdə passiv ölkə kimi göstərmək düşmənin məkirli hiylələrindən biridir və sionist rejimi özünə aid KİV-lərdə bu siyasəti izləyir.

Doktor İbrahimi çıxışının digər hissəsində Rusiyanın roluna da toxunaraq deyib: “Rusiya Qarabağ bölgəsində yerli konflikt ardıncadır və beləliklə, SSRİ dövründəki imperatorluğunu bərpa etmək istəyir. Lakin sionist rejimi regional münaqişə yaratmaq istəyir.”

Qafqaz məsələləri üzrə ekspert əlavə edib: “Bu hadisələr konteksində sionist rejimi sözün həqiqi mənasında regionda Türkiyə və İranı ötməyə səy edir və Qafqaz ölkələri ilə münasibətləri genişləndirməklə bir növ hadisələrdə qərarverici olmaq istəyir.”

Doktor İbrahiminin fikrincə, heç bir şəraitdə bu münaqişə daimi sülhə yetişmir. Belə olarsa, Azərbaycan Respublikasının tələblərinin çoxu həyata keçməyəcək.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button