ArxivXəbər lentiXəbərlər

Bakı Beynəlxalq Turizm Sərgisində İran pavilyonu maraqla qarşılanıb

Beynəlxalq Turizm Günü ilə bir vaxtda Bakıda Beynəlxalq Turizm Sərgisi işə başlayıb.

İRİB-nin verdiyi məlumata görə, bu sərgidə İran İslam Respublikası da daxil olmaqla 12 ölkə iştirak edir.

İran İslam Respublikasının Azərbaycandakı səfirliyinin mədəniyyət attaşesi Əsğər Farsi ölkələrin tanıtdırılmasında turizmin roluna işarə edərək, deyib: İranın zəngin mədəniyyətini, tarixi və təbii cazibədarlıqlarını tanıtdırmaq məqsədi ilə hazırlanmış kitab və əl işləri sənayesi nümunələri o cümlədən miniyatür, döyməçilik, minaçılıq və digər əl işləri sənayesi nümunələri bu sərgidə nümayiş etdirdik və sərgiyə baxış keçirənlər tərəfindən böyük maraqla qarşılandı.

İran pavilyonuna baxış keçirənlər iranlı sənətkarların bacarığı və İranın cazibədarlıqlarından heyrətlənərək, zəngin mədəniyyətə və tarixi-təbii cazibədarlıqlarına görə İrana səfər edəcəklərini bildiriblər.

Bakı Beynəlxalq Turizm Sərgisinin keçirilməsində məqsəd müxtəlif ölkələrin trizm potensialları ilə tanış olmaq və turizm əməkdaşlıqlarını genişləndirməkdir.

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button