ArxivIslamXəbər lentiXəbərlər

Bakıda məbəs şənliyi

27 rəcəb, bəşəriyyət aləminin parlaq günəşi, Həzrət Məhəmməd Mustəfa(s.ə.s)-in məbəsinin ildönümü günü münasibətilə iranlıların Bakıdakı hüseyniyyəsində Əziz İslam Peyğəmbəri (s.ə.s) aşiqlərinin iştirakı ilə şənlik mərasimi keçirilib.

IRIB-nin Bakı ofisinin məlumatına görə, Bakı əhalisinin əzəmətli iştirakı ilə keçirilən bu mənəvi mərasimdə Böyük İslam Peyğəmbəri(s.ə.s)-in vurğunları şadlıq edib, şirniyyat paylayaraq, bu mübarək bayramı əziz tutublar. Azəri mədhiyyəçilər də azadlıq, sülh və ədalət müraciəti gətirən bu səadətli bayram barədə mədhiyyə və şerlər söyləyiblər.

Vəliyyi Fəqihin Azərbaycan Respublikasındakı nümayəndəsi höccətulislam vəlmuslimin Ocaqnejad da həmin mərasimdə bu mübarək bayramı təbrik edib. O, Qurani-Kərim ayələrinə və hədislərə istinad edərək, bəşəriyyət üçün bir meyar kimi Həzrət Məhəmməd Mustəfa(s.ə.s)-in şəxsiyyəti və xüsusiyyətləri barədə danışıb və mərasim iştirakçılarına Əziz İslam Peyğəmbəri(s.ə.s)-in yolunu getməyi, xüsusən o həzrətin əxlaqi xüsusiyyətlərini ülgü götürməyi tövsiyə edibdir.

O, Böyük İslam Peyğəmbəri(s.ə.s)-in ümməti sırasında qərar tapmaq üçün lazım olan məsələrdən birini, o həzrəti dəqiq surətdə tanıyaraq, o həzrətin başdan-başa iftixarla dolu yaşayış tərzindən nümunə götürmək adlandırıb və bildirib ki, məbəsin müraciəti, məhz Böyük İslam Peyğəmbəri(s.ə.s)-dən ülgü götürmək və ona itaət etməkdir.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button