AktualAktualArxivXəbər lentiXəbərlər

Doktor Vilayəti: Səfəvilərsiz İran, İransız İran deməkdir

İran inqilab mədəniyyəti ali şurasının sivilizasiya və mədəniyyət komitəsinin sədri: “Səfəvilərsiz İran, İransız İran deməkdir və İran iranlı kimliyinin bərpasını Səfəfilərə borcludur.”
Qafqaz Mədəniyyət Mərkəzi – “Əhli-beyt (ə) məktəbinin möhkəmlənməsində Səfəvilərin rolu” konfransında çıxış edən doktor Əli Əkbər Vilayəti deyib: “Səfəvilərsiz İran, İransız İran deməkdir və İran iranlı kimliyinin bərpasını Səfəfilərə borcludur. Səfəvilərdən sonra İranın hökumətlərinin hamısı Səfəvilərin süfrəsi başında oturmuşdur və İran bugünkü birliyinə görə Səfəvilərə borcludur.”
Doktor Vilayəti əlavə edib: “İranın memarlığı da Səfəvilər dövründə çox gücləndir və indi dillər əzbəridir.”
“Əhli-beyt (ə) mədəniyyətinin bərpası və iranlı kimliyin dirilməsi də Səfəvilərin ən mühüm iki addımıdır”-deyə, Vilayəti vurğulayıb.
Ərdəbil şəhərinin qədimliyindən söz açan doktor Vilayəti deyib: “Bəzi qaynaqlara görə Ərdəbil əslində Artavil olmuş və müqəddəs şəhər mənasınadır.”
Ali Məqamlı Rəhbərin müşaviri deyib: “İran öz bərpası üçün Ərdəbilə borcludur. Çünki keçmişdə İran 19 ayrı-ayı bölgələrə bölünmüşdü və Səfəvilər bütün bu bölgələri birləşdirdi, vahid İran dövləti yaratdı. Öz məktub və imzalarında İranın adını qeyd edən ilk hökumət Səfəvilər olmuşdur.”
Əli Əkbər Vilayəti vurğulayıb ki, Səfəvilər İranda Əhli-beyt (ə) mədəniyyətini möhkəmləndidilər. Çünki bu mədəniyyət xalis İslam mədəniyyətidir. Ölkədə şiəlik gücləndikdən sonra vahid İran yaratmaq mümkün oldu.
O, həmçinin qeyd edib ki, Səfəvilər azadlıq, təhsil və təhqiq üçün şərait yaratdı, İranı alim və tədqiqatçıların mərkəzinə çevirdi. Şiə alimləri və rəhbərlərinin şüarları İranda Səfəvi hökumətinin sayəsində inkişaf edərək rəvac tapdı, çoxlu dəyərli əsərlər meydana çıxdı.
İran inqilab mədəniyyəti ali şurasının sivilizasiya və mədəniyyət komitəsinin sədri çıxışının davamında Şeyx Səfiyəddin Ərdəbili və Səfəvilər silsiləsinin iqtidarı haqqında danışıb və onu uca məqamlı mühəqqiq adlandırıb, Səfəvilərin hakimiyyət iqtidarının Şah İsmayıl, Şah Abbas və Şah Təhmasibin dövründə olduğunu qeyd edib.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button