ArxivXəbər lentiXəbərlər

“Ermənistan ayağa qalx!” hərəkatının aksiyası

“Ermənistan ayağa qalx!” adlı hərəkat cümə günü bu ölkənin iqtisadi siyasətlərinə qarşı aksiya keçirəcək.

Hafta.az saytının məlumatına görə, cümə günü Ermənistanın müxtəlif şəhərlərinin əhalisi “Ermənistan ayağa qalx!” adlı hərəkat çərçivəsində bu ölkənin küçələrinə çıxaraq, Ermənistan Ümumi Xidmət Qaydalarının Nizamlanması Komissiyasının buraxılmasını istəyəcək. Bu məlumata görə, “Ermənistan ayağa qalx!” adlı hərəkat bildirib ki, bu ökə xalqının etirazı təkcə işığın qiymətinin artırılması üzrə dövlət qərarlarında dəyişiklik üçün deyil və xalq dövlətin enerjinin xalqa tapşırılması barədə zəmanət verməsini istəyir. Bəzi erməni mediaları avqustun 24-də evdar qadınların “Caruy” adlı aksiya keçirəcəklərindən xəbər veriblər. İyunun 19-dan Ermənistan şəhərlərində, xüsusən İrəvanda keçirilən aksiyalar bu ölkənin Ümumi Xidmət Qaydalarının Nizamlanması Komissiyasının Ermənistan Elektrik Paylanması Şirkətinin işığın qiymətinin 17 faizdən 22 faizədək artırılması üzrə istəyi ilə razılaşmasından sonra başlandı.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button