ArxivXəbər lentiXəbərlər

“Eldar Mahmudov xarici qüvvələr tərəfindən himayə olunur”

Ərəstun Oruclu: “Onun hələ də həbs edilməməsi bununla bağlıdır”

“Nə qədər ki, bu cinayətkar dəstə tam ifşa olunmayıb, ortaya daha ciddi problemlər çıxacaq”

Bu günlərdə virtualaz.org saytında maliyyə naziri Samir Şərifova yönəlik “üçqat agent” iddiasının sabiq MTN rəhbəri Eldar Mahmudovun sifarişi ilə irəli sürüldüyü ilə bağlı məqalə yer alıb. Məqalədə E.Mahmudovun maliyyə nazirinin simasında dövlətə qarşı informasiya təxribatı həyata keçridiyi bildirilib və sabiq nazirin həbsi tələb olunub.
Maraqlıdır, doğrudanmı maliyyə naziri ilə bağlı ortaya atılan agent ittihamının arxasında məhz E.Mahmudov dayanır? Doğrudanmı onun azadlıqda olması dövlətin maraqlarına təhlükə törədir? Tabeçiliyindəki yetkililərin önəmli bir qisminin təcridxanada məskən saldığı bir zamanda E.Mahmudovun hələ də həbs edilməməsi nə ilə bağlıdır?
Məsələ ilə bağlı açıqlama verən Şərq-Qərb Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Ərəstun Oruclu Samir Şərifovla bağlı irəli sürülən ittihamnın arxasında E.Mahmudovun dayanması fikrinin ilk olaraq məhz onun tərəfindən səsləndirildiyini vurğuladı:
“Samir Şərifovla bağlı məlum məqalə dərc olunan günün səhərsi, “Turan” İnformasiya Agentliyinə açıqlamamda bu olayların Bakıdan qaynaqlandığı ilə bağlı fikri ilk dəfə mən səsləndirmişəm. Həmin məqalədə qeyd etmişəm ki, bu informasiyanın mənbəyi Bakıdandır, E.Mahmudovun dəstəsi ilə əlaqədardır. Qeyd etmişəm ki, E.Mahmudov həbs edilməyincə, daha ciddi problemlər ortaya çıxacaq.
Bu şəxslər öz cəzasını almayıb və onların cəzasızlığı imkan verir ki, azadlıqda qalmaqla öz şəbəkələrini idarə etsinlər və müxtəlif təxribatlar törətsinlər.
Digər tərəfdən, baş verənlər insanların dövlətə, hakimiyyətə olan inamını da sarsıdır. İnsanlar anlaya bilmir ki, necə olur ki, bu boyda nazirlik dağıdılıb, ləğv olunub, yüzlərlə əməkdaşı işdən azad olunub, onlarla əməkdaşına cinayət işi açılıb, 20-yə yaxın əməkdaşı ilə bağlı istintaq aparılır, amma nazir azadlıqdadır? Nə qədər ki, bu cinayətkar dəstə tam ifşa olunmayıbdır, bu tip problemlər, bundan da ciddi problemlər olacaq”.
Ə.Oruclu E.Mahmudovun hələ də məsuliyyətə cəlb edilməməsinin səbəbini onun bəzi xarici qüvvələr tərəfindən himayə edilməsi ilə əlaqələndirdi:
“Hesab edirəm ki, onun ciddi təsir gücünə malik xarici himayədarları var. Məhz onların təsiri sayəsində bu adam hələ də azadlıqdadır”./moderator/

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button