ArxivXəbər lentiXəbərlər

İran-AR həmkarlığının genişlənməsi üzrə anlaşmalar əldə olunub

İranın Xəzər dənizi məsələləri üzrə xüsusi nümayəndəsi və İran xarici işlər nazirinin Asiya və Okeaniya məsələləri üzrə müavini deyib ki, İran ilə Azərbaycan Respublikası arasında həmkarlığın genişlənməsi üzrə anlaşmalar əldə olunub.

İbrahim Rəhimpur Trend-ə eksklüziv müsahibəsində ümid etdiyini bildirib ki, hər iki ölkə rəsmilərinin qarşılıqlı səfərləri və müzakirələri ilə bu anlaşmalar tezliklə tam şəkildə icra olunacaq.
İran XİN rəsmisi qeyd edib ki, Azərbaycan müstəqillik əldə etdiyi ilk gündən İran bu ölkənin müstəqilliyini tanıyan ilk ölkərdən biri olub və Azərbaycanı dəstəkləyib:
“Müstəqilliyin ilk günlərindən Naxçıvan Muxtar Respublikasına ziyan dəyməsin deyə yardım etdik və onu qoruduq”.
İran XİN rəsmisi bu qənaətdədir ki, həm İran, həm də dost və qardaş Azərbaycan rəsmiləri iki ölkənin potensialından yararlanaraq, ölkə xalqlarının mənafeyi üçün daha fəal çalışmalıdırlar.
İranın Xəzər dənizi məsələləri üzrə xüsusi nümayəndəsi həmçinin deyib: Xəzər dənizinin hüquqi statusu konvensiyasının hazırlanması üzrə işçi qrupunun növbəti iclası sentyabrın əvvələrində xəzəryanı ölkələrin xarici işlər nazirləri müavinləri səviyyəsində Moskvada keçiriləcək.
İbrahim Rəhimpur əlavə edib: Xəzər dənizinin hüquqi statusunun təyini üzrə bir çox məsələlər razılaşdırılıbdır.
O, həmçinin deyib: Xəzər dənizinin hüquqi statusu ilə bağlı bəzi mühüm hallar tərəflərin nəzarətlərinin eyni olmamasına görə, hələ həll olunmayıb və müzakirələr davam edir; ümid edirik ki, bu danışıqlar müsbət nəticə verəcək.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button