ArxivSONXƏBƏRLƏRSosialXəbər lentiXəbərlər

Ankara xunta rejiminin əleyhinə sənəd toplayır

Türkiyə prezidenti Rəcəb Təyyib Ərdoğan bu barədə deyib: “Cənubi Afrikanın İsrailə qarşı Fələstinli mülki şəxslərə qarşı soyqırım törətmək ittihamı ilə BMT-nin yüksək məhkəməsində qaldırdığı iş üçün sənədlər təqdim olunacaq”.
İstanbulda jurnalistlərə açıqlama verən Ərdoğan bildirib ki, Türkiyə İsrailin Qəzzəyə hücumları ilə bağlı əsasən görüntülü sənədlər təqdim etməyə davam edəcək.
“İsrailin orada mühakimə olunacağına inanıram. Beynəlxalq Ədalət Məhkəməsinin ədalətinə inanırıq”, – deyə Ərdoğan vurğulayıb.
Türkiyə əvvəldən Cənubi Afrikanın şikayətindən “məmnun olduğunu” ifadə edib və Türkiyə parlamentinin nümayəndə heyəti məhkəmə prosesini izləmək üçün Haaqadadır.
Cənubi Afrika cümə axşamı məhkəmənin diqqətinə çatdırıb ki, İsrailin hücumu Qəzzənin “əhalini məhv etmək” məqsədi daşıyır. Bildirilib ki, baş nazir Benyamin Netanyahu da daxil olmaqla İsrailin siyasi və hərbi liderləri “soyqırımı təhrik edənlər” arasındadır.
Qeyd edək ki, Qəzzənin 2,3 milyon əhalisinin çoxu evlərini tərk etmək məcburiyyətində qalıb, böyük hissəsi xarabalığa çevrilib, səhiyyə sistemi böyük ölçüdə dağılıb və Birləşmiş Millətlər Təşkilatının verdiyi məlumata görə, ərzaq və tibbi yardımın çatdırılmasına qoyulan məhdudiyyətlər minlərlə insanı ac qalmağa məcbur edib.
Bu arada Beynəlxalq Ədliyyə Məhkəməsinin dinləmələrini dəstəklədikdən sonra sionist İsrail “erməni soyqırımı”nı ortaya atmaq qərarına gəlib.
Qondarma rejimin XİN rəhbəri İsrael Katz deyib: “Keçmişində erməni soyqırımı olan bir ölkədən olan Türkiyə prezidenti Ərdoğan indi əsassız iddialarla İsraili hədəfə almaqla öyünür. Biz erməniləri, kürdləri xatırlayırıq. Tarixiniz öz sözünü deyir. İsrail sizin barbar müttəfiqlərinizə qarşı özünü müdafiədə edir”, – deyə Katz X sosial şəbəkəsində Türkiyə liderini təhqid edib.
Türkiyə Xarici İşlər Nazirliyinin sözçüsü Öncü Keçəli isə dərhal sionist rejimin xarici işlər naziri İsrael Katzın qondarma erməni soyqırımı iddialarına cavab verib.
APA-nın Türkiyə müxbirinin verdiyi xəbərə görə, o, bu barədə “X” sosial media hesabında paylaşım edib.
Ö. Keçəli bildirib ki, “İsrail hökuməti üzvlərinin törətdikləri cinayətlərdən diqqəti yayındırmaq səyləri nəticə verməyəcək”.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button