ArxivXəbər lentiXəbərlər

İranın iqtisadiyyat naziri oktyabrın 23-də Azərbaycana səfər edəcək Böyüt

İranın iqtisadiyyat və maliyyə naziri Məsud Kərbasian Azərbaycana səfər edəcək.

İranın Azərbaycandakı səfirliyinin mətbuat xidmətinin rəhbəri Məhəmmədrza Nəcəfi APA-ya bildirib ki, səfər 23-24 oktyabrda baş tutacaq.

Onun sözlərinə görə, səfər çərçivəsində Məsud Kərbasian Azərbaycanın  iqtisadiyyat naziri Şahin Mustafayevlə görüşəcək. Görüşdə iki ölkə arasında iqtisadi əməkdaşlığın inkişafına dair məsələlər müzakirə ediləcək. M.Kərbasianın dövlət başçısı İlham Əliyevlə görüşü də nəzərdə tutulub.

M.Nəcəfi deyib ki, bu, M. Kərbasianın iqtisadi, ticarət və humanitar əməkdaşlıq üzrə Azərbaycan-İran birgə hökumətlərarası komissiyasının yeni həmsədri vəzifəsində Azərbaycana ilk səfəridir.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button