ArxivIslamSONXƏBƏRLƏRXəbər lentiXəbərlər

Ramazanın ikinci gününün duası – İmsak və iftar vaxtı

“Allahın razılığı olan işlərə can at, onu qəzəbləndirən məkanlardan və işlərdən uzaq dur”. Bu barədə mübarək Ramazan ayının ikinci gününün münacatında tövsiyə edilir.

Qafqaz.ir xəbər verir ki, bu gün hicri-qəməri tarixi ilə müqəddəs Ramazan ayının ikinci günüdür. Bu gün üçün nəql edilmiş və oxunması tövsiyə edilmiş duada hər bir bəndədən böyük Allahın razılığını əldə etmək tələb olunur.

Allahın öz bəndəsindən razı olması məsələsi Qurani-kərimdə ən böyük nemət kimi yad edilir. Elə Həzrət Məhəmməd (s) peyğəmbərdən də nəql edilmiş hədislərin birində “Əgər cənnətə getmək istəyirsənsə, Allahın razılığına səbəb olan işlərlə məşğul ol və Allahı qəzəbləndirən işlərdən uzaq dur” deyilir.

Ramazanın ikinci gününün duası belədir:

“Allahummə qərribni fihi ila mərzatik. Və cənnibni fihi min səxətikə və nəqimatik. Və vəffiqni fihi liqiraəti ayatik. Birəhmətikə ya ərhəmər-rahimin.”

Tərcüməsi:

“İlahi, bu gün məni öz razılığına yaxınlaşdır, qəzəb və intiqamından uzaq et. Sənin ayələrini (Qur-anı) oxumaqda mənə müvəffəqiyyət əta et. Sonsuz mərhəmətinə and verirəm, ey rəhmlilərin ən rəhmlisi!”

Qeyd edək ki, bu gün iftar vaxtı axşam saat 19.33-ə, sabah sübh namazının vaxtı isə saat 04.36-a təsadüf edəcək.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button