ArxivSONXƏBƏRLƏRSosialXəbər lentiXəbərlər

Azərbaycanda : siyasi məhbusların böyük əksəriyyəti dindarlardır

Son iki ayda siyasi məhbusların sayı 19 nəfər artıb.
Siyahıya 5 nəfər KİV nümayəndəsi, əsasən “Abzas Media” İnternet- nəşrinin direktoru və onun müavini, həmin resursun baş redaktoru və əməkdaşı, həmçinin Kanal-13 İnternet televiziyasının rəhbəri daxil olub.
Siyahıda yeni olanlardan biri “Azərbaycanın Ləyaqətli  Oğullarının Birliyi Partiyası”nın sədri Rza Səfərsoy da daxil edilib. O, qanunsuz silah saxlamaqda ittiham olunaraq həbs edilib. Lakin hüquq müdafiəçilərinin fikrincə, o, sosial şəbəkələrdə hakimiyyəti tənqid etdiyinə görə təqib olunur.
Azərbaycan Xalq Cəbhəsi Partiyasının üzvü, siyasi məhbus  Elnur Həsənov yol polisini tənqid etdikdən sonra narkotik maddə alveri ittihamı ilə həbs olunub.
Şiə dindarlar arasından 12 dini fəal narkotik maddələrin qanunsuz dövriyyəsi ittihamı ilə həbs edilib.
254 siyasi məhbus 8 qrupa bölünüb:
Dəyişikliklər 11 nəfərin daxil olduğu “Jurnalistlər və bloqerlər” qrupunda baş verib;
“Müxalifət partiyalarının və hərəkatlarının üzvləri” – 13 nəfər, “dindarlar” – 183 nəfər.
Qalan qruplarda heç bir dəyişiklik olmayıb. Belə ki, “hüquq müdafiəçiləri” qrupunda  2 nəfər; Almaniyadan deportasiya edilmiş siyasi mühacirlər”- 5 nəfər; “Tərtər işi üzrə məhkumlar” – 7 nəfər; “Gəncə işi üzrə məhkumlar” – 22 nəfər;” ömürlük məhkumlar ” – 11 nəfər.
Siyahını Sülh və Demokratiya İnstitutunun direktoru Leyla Yunus və Siyasi Məhbusların Monitorinqi Mərkəzinin rəhbəri Elşən Həsənov tərtib ediblər.
Qeyd edək ki, son aylar ərzində bir çox inanclı insan təhlükəsizlik qüvvələri tərəfindən narkotik ittihamı ilə həbs edilib. Bakı mediyası isə onları İrana casusluqda ittiham edir.  Qərb yönümlü qüvvələr isə bu həbslərə nəinki etiraz etmir hətta anti-İran və anti-din təbliğatlarda bəzən dövlət mediyalarını da ötüb keçirdilər. İndi represiyalar onların özlərini də hədəfə alıb və qərbdəki himayədarları və ABŞ-ın bəyanatları da işlərinə yaramır.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button