AktualArxivSONXƏBƏRLƏRXəbər lentiXəbərlər

Azərbaycanda 5 milyardlıq şiə ovu

Qafqaz Həqiqətləri xəbər verir ki, bu günlərdə bəlli olub ki, Azərbaycanın işğaldan azad edilmiş torpaqlarında yol tikintisi üçün dövlət büdcəsindən 5 milyard pul silinib.

Bu çox böyük məbləğdir və ortada ciddi işlər gözə dəymir. Bəlli məsələdir ki, xalqın dövlətin büdcə vəsaitlərinin xərclənməsi haqqında sorğu etmək izni yoxdur. Ən adi haqlarını tələb edən Azərbaycan vətəndaşının cibinə narkotik atıb zindana göndərən hökumətdən bunu gözləmək sərsəmlikdir.

Ən pisi də odur ki, 5 minə yaxın azərbaycanlının şəhid olması hesabına azad edilmiş torpaqlardakı bütün tikinti-təmir, quruculuq işlərini “həyata keçirən”, restoran, ticarət fəaliyyəti ilə məşğul olan, iaşə obyektlərinə sahiblik edən Türkiyədə və Azərbaycanda hakim ailəyə aid olan şirkətlərdir.

Şəffaflıq yox, açıq tender yox, özlərinə və dostlarına aid şirkətlər dövlət büdcəsini sümürür.

70-ə qədər Qazinin intihar etdiyi Azərbaycanda müharibədən sonra qalib xalqa belə zülm ediləcəyini heç kim gözləmirdi.

Müharibə veteranlarının 80 manat müavinatla yola verildiyi Azərbaycanda İranda 7 manata olan dərman 80 manata satılır.

Bütün bunları xalq düşünməsin deyə, sosial şəbəkələrdə və korrupsioner iqtidarın idarə etdiyi telekanallarda daim gündəmi müxtəlif mövzularla zəbt edirlər. Hazırda mövzu Azərbaycanda dindar şiələrin narkotiklə “tutlmasıdır”. Guya şiə dindarlar İrandan narkotik gətirib Azərbaycanda satıb yığılan pullarla dövlət çevrilişinə hazırlaşırmışlar. Çox gülünc iddalara xalq birlikdə təpki vermək əvəzinə bu oyunda qurbana çevrilməkdədir.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Check Also
Close
Back to top button