Aktual

Ayətullah Xamneyinin Viktor Hüqonun “Səfillər” romanının pərəstişkarı olduğu ortaya çıxıb

ABŞ-da nəşr olunan “Foreign Affairs” jurnalı İranın ali dini lideri, ayətullah Seyid Əli Xamneyi bir sıra xüsusiyyətləri ilə bağlı məqalə dərc edib. “Qərb dəyərlərinin İranı zəhərlədiyi” istiqamətindəki çıxışları ilə tanınan ayətullah Xamneyinin Qərb ədəbiyyatının pərəstişkarı olduğu ortaya çıxıb. Belə ki, 2000-2006 illər arasında Tehranın Evin həbsxanasında cəza çəkmiş və hazırda mühacirətdə yaşayan iranlı müxalif jurnalist Əkbər Gəncinin qələmə aldığı yazıda İranın ali dini liderinin Qərb ədəbiyyatına olan sevgisi nəzərə çarpır. Hətta onun ən çox sevdiyi qərbli yazarın Viktor Hüqo olduğu üzə çıxıb. Ə. Gənci öz məqaləsində ayətullah Xamneyinin 2004-cü ildə bir çıxışı zamanı Viktor Hüqo üçün belə dediyini yazıb: “Məncə, Viktor Hüqonun “Səfillər”i tarixdə yazılmış ən yaxşı romandır. Təbii ki, bu günə qədər yazılmış bütün kitabları oxumadım. Ancaq müxtəlif əsrlərdə yazılmış bir çox roman oxudum. Əski romanlar da oxudum. Məsələn, “İlahi komedya”, “Min bir gecə nağılları”… Amma “Səfillər” roman öz əsrində bir möcüzədir. Təkrar, təkrar söyləyirəm, “Səfillər”i bir dəfə oxuyun. “Səfillər” sosioloji, tarix və tənqid kitabıdır. İlahi bir kitabdır. Eşq və duyğunun kitabıdır”.
Məqalədə İranın ali dini liderinin yerli yazıçılar Məhəmməd Əli Camalzadə, Sadiq Çubək və Sadiq Hidayəti də bəyənərək oxuduğu, rus yazıçılar Mixail Şoloxov və Lev Tolstoyla fransız Onore de Balzak və Mişel Zevaconun da onun favoritləri arasında olduğu vurğulanıb. Bundan əlavə, ayətullah Xamneyinin sevdiyi digər əsərlər arasında Harriyet Biçer-Stounun “Tom dayının koması” və Con Steynbekin “Qəzəb üzümləri” də var.

islaminsesi.az

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button