ArxivXəbər lentiXəbərlər

İranın mədəniyyət naziri azərbaycanlı həmkarı ilə görüşüb

İranın mədəniyyət və İslami İrşad naziri Əli Cənnəti azərbaycanlı həmkarı Əbülfəzl Qarayevlə iki tərəfi maraqlandıran məsələləri müzakirə edib.

İİR-nın Bakıdakı səfiri Möhsün Pakayin, İranın Bakıdakı Səfirliyinin Mədəniyyət Mərkəzinin məsləhətçisi İbrahim İbrahiminin hüzurunda baş tutan bu görüşdə Az. R-nin mədəniyyət həftəsi mərasiminin cari günəş ilin ikinci altı ayında İranda keçirilməsi barədə razılıq əldə olunub.

İranlı nazir azəri həmkarı Əbülfəzl Qarayevlə bu görüşün çərçivəsində deyib: Mədəniyyət həftələrinin təşkil edilməsi hərtərəfli əməkdaşlıq və münasibətlərin möhkəmləndirilməsindən savayı dostluqların möhkəmlənməsinə bais olacaq.

Cənnəti həmçinin İİR-nin Az. R. ilə digər mədəni əməkdaşlıqlar müstəvisində o cümlədən film həftəsinin təşkili haqda əməkdaşlıq etməyə hazır olmasında işarə edərək deyib: İki ölkənin mədəniyyət, din və müştərək tarixi köklərini nəzərə alaraq mütləq mədəniyyət sahəsindəki proqramlar Az. R xalqı tərəfindən müsbət qarşılanacaq.

Az. R-nin mədəniyyət və turizm naziri Əbülfəzl Qarayev də bu ölkə kino sənətçilərinin İrana son səfərlərinin təsiratına toxunaraq deyib: Bu səfərin məhsulu 3 filmin istehsalında iki ölkənin səmimi əməkdaşlığı olmuşdur ki o filmlərin montaj işi İranda görülüb.

Bu görüşdə həmçinin İranın mədəniyyət həftəsi mərasiminin gələn il Az. R-da keçirilməsi qərara alınıb.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button