ArxivIslammədəniyyatŞəxsiyyətlərSONXƏBƏRLƏRSosialTarixXəbər lentiXəbərlər

Ayətullah Xamenei: Qərb, sənayesinin bölgəmizdəki neftə bağlı olduğu üçün İsraili burada yerləşdirilib

“Müstəmləkəçi Qərb cəbhəsi Yaxın Şərq və Qərbi-Asiyaya xüsusi diqqət yetirir. Çünki bu bölgə mühümdür. Onların sənayesinin çarxları bizim regionumuzdakı neft amili ilə hərəkət edir…Buna görə qəsbkar sionist rejimini öz qərargahları kimi bölgədə yerləşdirdilər ki, müharibə və işğal siyasəti aparsın.”
bunu İran İslam İnqilabının Ali lideri Ayətullah Xamenei könüllülərdən ibarət “Bəsic” təşkilatı üzvləri qarşısında etdiyi çıxışında səsləndirib.
Ayətullah Xamenei İranda “Bəsic” günü ilə bağlı keçirilən bu tədbirdə, sözügedən könüllülərin İran cəmiyyətindəki rolundan, İslam İnqilabının davamiyyəti, habelə Qərbin müstəmləkəçilik siyasəti qarşısında mübarizədəki mövqeyindən danışaraq, bu qüvvələrin əhəmiyyətini vurğulayıb.
O, həmçinin çıxışının bir hissəsində Qərb sənayesinin Yaxın Şərqdə olan neft amilinə ehtiyaclı olduğunu deyib, İsrailin bölgədə yerləşdirilməsinin əsas səbəblərindən birinin də məhz enerji amili olduğunu qeyd edib.
Ayətullah Xamenei Qərb dünyasının İranla (birinci nüvə sazişindən sonra) ikinci, daha sonra isə üçüncü nüvə sazişi əldə etmək və bu sazişlərin ardıcıl olaraq hər biri ilə İranın bölgədəki nüfuzunu, silahların, raket və PUA-ların da istehsalının qarşısını almaq məqsədi daşıdığını deyib.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button