ArxivQarabağSONXƏBƏRLƏRSosialXəbər lentiXəbərlər

30 sutka alan müxalifətçi: “Zibillikdən dəmir yığıb, satırdı”

Rövşən Məmmədov noyabrın 11-də AXCP-nin keçirdiyi aksiyada saxlanılıb və 30 sutkalıq həbs olunub. DİN iddia edir ki, Rövşən Məmmədov saxlanılarkən sərxoş vəziyyətdə olub və polis maşınının şüşəsini sındırıb. Saxlanılarkən onunla eyni bölmədə olan partiya yoldaşı deyir ki, Rövşən şüşəni sındırmadığını bildirib. 
“Özüm də bilirəm ki, Rövşən bəy 4 ilə yaxındır ki, içkidən uzaqlaşıb, tövbə edib içkiyə. İçkili deyildi. Bizi tutub gətirdilər 8-ci polis bölməsinə. Rövşən bəylə 8-ci polis bölməsində rastlaşdıq.
Məni qucaqladı, dedi ki, bəy, vəziyyət başqa cürdü. Rəis məni otaqda döymək istəyirdi. Mənə dedi ki, darıxma, axırda sənlə söhbət eliyərik. Mən də Rövşənə dedim ki, niyə? Dedi ki, guya mən maşının şüşəsini sındırmışam, amma, bəy, mən maşının şüşəsini sındırmamışam”, – AXCP üzvü Əlizamin Salayev deyir. 
Salyanda yaşayan Rövşən Məmmədovun həyat yoldaşı Xanbacı Məmmədova deyir, evin tək gəlir gətirəni tutulandan nə ilə dolanacaqlarını bilmir.
“Gedib zibillikdə dəmir-dümür yığırdı. Karton yığır aparır satır. Cırıq qaloşlar, botlar, belə şeylər. Banka yığır gətirir, evdə özüm onları yuyuram, aparır, satır. Biz elə dolanırıq. 4 nəfər bir insana baxır. Məktəbdə neçə dəfə sinif müəllimi xəbər yollayıb ki, 9-cu sinifə şəkil lazımdı, mənim imkanım yoxdu ki, gedim 2-3 manat verim, çəkdirib məktəbə yollayam. Bugünkü gün müəllim gözləyirdi ki, böyük qızın şəkli gəlsin. Axırı telefonda yazmışam ki, atası tutulub, imkanım yoxdu”, – həyat yoldaşı danışır. 
Yoldaşı deyir, Rövşən imkansızlıqdan, işsizlikdən yorulduğuna görə aksiyada iştirak edib. 
“Bu otaqda, yerə sellofan atıram bura, hamamım yoxdu. Uşaqları bax burada çimizdirirəm. Burada yatırıq, burada otururuq. Uşaqların otağı oradadır. Divar uçuqdu. Əski soxmuşam bura ki, çöl görünməsin. Divar təmiz gedib, evimiz çox qorxulu vəziyyətdədi”, – Xanbacı Məmmədova danışır. 
Rövşən Məmmədov polisin qanuni əmrinə tabe olmama maddəsilə həbs olunub. Vəkili Nemət Kərimli bu həbsi qanunsuz hesab edir. Həmçinin Rövşənə işgəncə verildiyini deyir.
“Məhkəmə qərarında görünmür ki, ona hansısa komanda verilib, o komandaya tabe olmayıb. Birmənalı şəkildə deyir ki, onu polis zorla maşına mindirərkən, polisin əli dəydi və şüşə sındı. Polis də qəsdən sındırmayıb. Təsadüfən zorla maşına mindirən vaxtı, səhv etmirəmsə, dirsəyi həmin o şüşəyə dəyib və şüşə sınıb”, – Nemət Kərimli deyir.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button