ArxivXəbərlər

Hicab məhbusu anasının dəfninə buraxılmayıb

Hicab məhbusu Elşad Rzayevin anası dünyasını dəyişdi.

5 oktyabr 2012-ci il “Hicaba azadlıq” aksiyasında iştirak etdiyi üçün 6 il azadlıqdan məhrum edilən Elşad Rzayevin ailəsində itki baş verib.
Belə ki, hicab məhbusunun anası Minayə Rzayevə bu gün səhər saatlarında dünyasını dəyişib.
Penitensiar Xidmət onu azad etməsədə möminlər mərhumə ananın yasında cəm olublar.
İslamazeri.az-ın verdiyi xəbərə görə, çox sayda mömin dəfn mərasiminə gələrək Minayə ananın dəfnində fəal iştirak edərək “biz hamımız sənin övladlarınıq” deyiblər.
Mərhumə xanım Qaraçuxur məscidində namazı qılındıqdan sonra “Dədə Qorqud” qəbiristanlığında dəfn edilib.Qeyd edək ki, Elşad Rzayev orta təhsil ocaqlarında hicab qadağasına qarşı keçirilən 3-cü “Hicaba azadlıq” aksiyasında iştirak etdiyi üçün saxlanılmışdı. Onu 2013-cü il fevral ayının 23-ü yaşadığı mənzildə həbs etmişdilər.
Xatırladaq ki, Azərbaycan Respublikasının qanunvericiliyində yaxın ailə üzvünü itirmiş məhbuslara yas mərasimində iştirak etmək üçün 3 gün azadlıqda olmaq icazəsi verilir./sahartv/

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button